17 C
Baku
Monday, March 20, 2023

Ən böyük biznes krediti portfeli hansı banklardadır? – 01.01.2023-cü il tarixinə RENKİNQ

Azərbaycan bankları 2022-ci ildə biznes kreditləri üzrə kredit portfelini 9%-ə yaxın artırmaqla  10 milyard 855.06 milyon manata çatdırdı.

Banker.az bu barədə tərtib etdiyi renkinqə bazarın 21% payını əlində cəmləyən “PAŞA Bank” ASC-dir. Ölkənin ən iri korporativ bankı biznes krediti portfelini 2.2% ötən il böyütməklə 2 mlrd. 346.23 mln. manata çatdırdı.

İkinci sırada ABB 1 mlrd. 637.94 mln. manatla, üçüncü sırada isə “Xalq Bank” ASC 1 mlrd. 242.25 mln. manatla dayanır.

TOP3-lük bazarın 47%-nə sahibdir.

2022-ci ildə biznes kreditləri üzrə ən yüksək artım dinamikası göstərən bank isə Yelo Bank ASC-dir. İl ərzində Bank portfelini 53%-dən çox, yəni 396 mln. manat artırmağa müvəffəq olub. Artıq bir neçə ildir ki, Bank bu istiqamət üzrə pozitiv artım dinamikasını qoruyub saxlayır.

“Bank Melli İran”ın Bakı filialı statistikanı təqdim etmədiyi üçün siyahıda yer almır.

3q2131321322131231231233123123123

Son xəbərlər
Digər xəbərlər
X