26 C
Baku
Monday, June 27, 2022

Ən böyük elektromobil dolduruma məntəqəsi istifadəyə verildi

Elektromobil istehsalçısı Tesla ən böyük enerji doldurma məntəqəsini Kaliforniyada istifadəyə verib.

56 super şarj alətinin olduğu məntəqədə restoran və mağazalar da yerləşir. Stansiya şirkət üçün ən mühüm iki bazar – Körfəz və Los Angeles arasında yerləşir. Həm elektromobillərə kölgə düşməsi, həm də məntəqənin daha çox enerji alması məqsədilə şarj alətlərinin üzəri günəş panelləri ilə örtülüb.

Qeyd edək ki, Elon Musk sözügedən üçüncü nəsil enerji doldurma məntəqələri nəticəsində elektromobillərin burada keçirəcəkləri vaxtın azalacağını, 5 dəqiqəlik şarj ilə 120 kilometrlik mənzilə sahib olacaqlarını iddia edir.

MənbəTed.az
Son xəbərlər
Oxşar xəbərlər