28 C
Baku
Saturday, June 25, 2022

Ən çox hansı universitetin tələbəsi kredit üçün müraciət edib? [SİYAHI]

Azərbaycanda “Maarifçi” Tələbə Kredit Fondu tərəfindən təhsilhaqqı kreditlərindən əlavə, tələbələrə yataqxana haqqı, tədris materialları, elmi-tədqiqatlar və araşdırma və s. kimi ehtiyac və təyinata görə də kreditlərin təqdim olunması planlaşdırılır.

Bu barədə “Maarifçi” Tələbə Kredit Fondundan  sorğuya cavab olaraq məlumat verilib.

Qeyd edilib ki, bu il artıq “Maarifçi” Tələbə Kredit  Fonduna 2 elan sessiyası (03-25 iyun 2016 , 01-31 oktyabr 2016) keçirilib.

“İl ərzində Fonda 176 elektron müraciət olunub. Universitetlər tərəfindən təqdim olunan yerlərin sayına əsasən seçim meyarlarına uyğun olan tələbələrlə ümumilikdə 102 təhsil krediti müqaviləsi imzalanıb. Hazırda da bir çox universitet tələbələri  təhsil kreditləri ilə bağlı müraciət edirlər. Tələbələrə kreditlərin verilməsi üçün gələn semestr növbəti elan sessiyasının açılması nəzərdə tutulub”.

Həmçinin məlumatda bildirilib ki, tələbələrə müxtəlif miqdarda kreditlər verilib.

“Tələbələrin təhsil haqqı borcları fərqli olduğundan onlara bir o qədər də kredit verilib. Təqdim olunan kreditlərinin dəyərinin limiti var və bu limit aşılmayıb”.

“Maarifçi” Tələbə Kredit Fonduna daha çox hansı universitetlərdən müraciətlərin daxil olduğunu təqdim edilir.

0tələbə kredit1482739652

Son xəbərlər
Oxşar xəbərlər