Ən çox yayılan fırıldaqçılıqlar kriptovalyuta proqramlarıdır – Həcmi 6 dəfə artıb

0

2018-ci ildə kiberhücumların təməlində bank troyanları əsas təşkil edib. Əslində, onlar iki dəfəyə qədər artıq yayılaraq təkcə informasiya oğurlamaq mahiyyətindən çıxıblar. 

Report agentliyi xəbər verir ki, bu barədə Yaponiyanın “Trend Micro” antivirus şirkətinin hazırladığı “2018-ci ildə Mobil Təhlükə Mənzərəsi” adlı hesabatında qeyd edilir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“Trend Micro” hesab edir ki, ötən il saxta mobil reklamçılıq nəticəsində istifadəçilərə 4,9 mlrd ABŞ dolları civarında zərər dəyib. Hesablamalara görə, mobil reklam bazarının ümumi həcmi 75 mlrd dollar təşkil edib və kiber cinayətkarlar bu məbləğin də hamısına sahib çıxmaq niyyətində olublar. Bundan əlavə ötən il kiber hücumlarda əsas multiplatforma hücumları üstünlük təşkil edib. Hansı ki, bunların əksəriyyəti açıq və hamı tərəfindən istifadə edilə bilən proqramlar vasitəsi ilə edilib. Mütəxəssislərin apardığı araşdırılmalara əsasən, rəqəmsal reklam fırıldaqçılığı 125-dən artıq mobil applikasiya və veb sayt vasitəsi ilə həyata keçirilib.

“Trend Micro Mobile App Reputation Service” (MARS) ötən il 112 965 unikal mobil zərərverici növü aşkar edib ki, bu da 2017-ci illə müqayisədə 76% azdır. Belə zərərvericilərin 45%-i Çinə, 19%-i İndoneziyaya, 9%-i Yaponiyaya, 8%-i Hindistana, 2%-i ayrı-ayrılıqda Filippin, Braziliya, Rusiya, Almaniya və Malayziyaya, 1%-i isə Tayvana aiddir. Qalan 8% isə digər ölkələrin payına düşür.

Hesabata görə, mobil telefonlar vasitəsi ilə edilən fırıldaqçılıqlardan ən çox yayılanı kriptovalyuta sənayesi ilə bağlı proqramlar olub. Bu tip hücumların həcmi əvvəlki ilə nisbətən 2018-ci ildə 5,5 dəfə artaraq 1 085-dən 5 963-ə çatıb.

Xatırladaq ki, Azərbaycan bir müddət əvvəl XDMX-nin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi ilə Yaponiyanın “Trend Micro” şirkəti arasında əldə edilmiş razılaşmaya görə, bütün dövlət qurumlarının elektron təhlükəsizliyini yalnız həmin antivirus şirkəti qoruyacaq.