26 C
Baku
Saturday, July 27, 2024

Ən gözəl bank binaları

Bir çox şirkət rəhbərləri, maliyyə şirkətləri də daxil olmaqla, çox yaxşı başa düşürlər ki, ofisin qeyri-adi dizaynı həm işçilərin, həm də müştərilərin əhvalını qaldırır.

Tokioda yerləşən Sugamo Shinkin bankı

Sugamo Shinkin bankının rəngarəng dizaynı şirkətin devizinə (şüarına) uyğun gəlir: « Biz xoşbəxt müştərilərə xidmət etməkdən zövq alırıq».

Fransız memar Emmanuel Muro binanın fasadını müxtəlif ölçülü on iki rəngdən ibarət olan üfüqi qatlarla bəzəmək qərarına gəlmişdi. Gecə vaxtı onların hamısı işıq saçır. Müəllifin tərifinə görə konstruksiya, “göyqurşağı tortunu” xatırladır.

İnteryerin spesifik cəhətləri arasında – tavandakı böyük oval pəncərələri, rəngarəng mebel və zərcirotu çiçəklərinin qrafiki təsvirini qeyd etmək olar.

Xarici ticarət üzrə Mərakeş bankı (BMCE)

BMCE-in binası – Foster & Partners-in ilk Afrika layihəsidir. Tərkibində cüzi dəmir olan paslanmayan poladdan hazırlanan məhəccərli böyük pəncərələr nəinki, effektli dizayn elementidir, hətta isti iqlim üçün əlverişli çıxış yoludur. Bu yolla gün işığının daxil olması təmin edilsə də, otaq temperaturu normal səviyyədə qalır. Tikinti materialları kimi elə həmin ərazilərdən çıxarılan qara qranit və boz əhəng daşından istifadə olunmuşdur.

Ostində yerləşən (Texas) Frost bankı

Frost bankı – Ostinin ən tanınmış binalarından biridir. Bu göydələnin yuxarı hissəsi tac qoyulmuş piramidanı xatırladır. Xarici divar örtüyü xüsusi şüşə növündən – “low-e”-dən hazırlanmışdır. Bu material gün işığının daxil olmasını təmin edir, lakin ultrabənövşəyi və infraqırmızı şüaların daxil olmasına mane olur, eləcə də istiliyin itirilməsini azaldır. Ostindəki Frost bankından başqa xarici göy “low-e” şüşələri ilə örtülən daha bir yeganə bina Nyu-Yorkdakı Reuters ofisinin binasıdır.

Ispaniyadakı Vital bankı

Vital bankının binası üzərində işləyərkən memarlar canlı orqanizmə bənzər konstruksiya yaratmağa çalışmışlar. Binanın hazırkı fasadı saya qara şüşədən hazırlanmışdır. Lakin o, paslanmayan poladdan hazırlanmış cüt xromosomların böyük maketini xatırladan dekorativ fasadın arxasından demək olar ki, görünmür.

Kopenhagendəki Nordea bankının gələcək binası

Nordea-ın Kopenhagendəki yeni ofisinin tikintisi 2016-cı ildə tamamlanacaq və çox ehtimal ki, paytaxtın memarlıq nümunələrindən birinə çevriləcək. Obyekt ümumi sahəsi 40000 kv.m (m^2) olan bir neçə binadan ibarət olacaq. Burada 2000-dən çox işçi çalışacaq. Layihənin konsepti – “balaca şəhərcik”. Bu kompleksdə sakitlikdə işləmək (səssiz şəraitdə) üçün ayrıca məkanlar nəzərdə tutulub, lakin birbaşa ünsiyyət üçün açıq məkanlar – “küçə” və “meydanlar” da olacaq.

Parisdəki BNP Paribas bankı


BNP Paribas-ın Opera Meydanında yerləşən Paris ofisi maliyyə təşkilatına heç oxşamır. Zoevox şirkətinin memarı Fabris Osse layihəyə bank üçün tipik olmayan – uşaqlar üçün guşə və balaca bar kimi məkanlar əlavə etmişdir. Interyerdə Kristof Delkur, İndia Mahdavi, Pyer Polen, Filipp Strak və Kərim Rəşid kimi məşhur dizaynerlərin mebelləri istifadə olunmuşdur.

Kopenhagendəki Saxo bankı

Saxo – nisbətən gənc maliyyə təşkilatıdır: o 1992-ci ildə yaradılmışdır. Lakin 20 il ərzində onlayn-investisiya sahəsində ixtisaslaşmış bank 3XN şirkəti tərəfindən işlənib hazırlanmışdır. Xarici divarlarındakı diaqonal zolaqlar stabillik və dinamik inkişafın simvolu kimi çıxış edir.

Ofisin böyük bir hissəsi istirahət və qidalanma üçün ayrılmışdır. Binanın mərkəzində – şüşə tavan və ən son mərtəbəyə qədər qalxan möhtəşəm vintvarı pilləkəndən ibarət geniş salon yerləşir.

Varşavadakı PKO Bank Polski

Dizayner Robert Maykut PKO Bank Polski-in tərtibatında elə firmanın özünün rənglərindən – qara, ağ istifadə etməyi təklif etdi. Layihənin konsepti estetikanı riyazi dəqiqliklə birləşdirməkdən ibarət idi. Bu, bankın işinə uyğun olaraq, həyati təcrübə və düzgün hesablama konseptinə əsaslanmışdır.

Divarlar və tavanlar üzərindən məkana dərinlik qatan kəsişən xətlər keçir. Hətta dəhlizdəki işıqlandırma avadanlıqları da dalğavarı xətlər şəklində işlənmişdir.

Sidneydə yerləşən Macquarie bankı


Sidneydəki onmərtəbəli investisiya bankı Macquarie keyfiyyətli dizayna, ekoloji və optimal iş şəraitinə görə mükafatlar kolleksiyasına malikdir. Bu layihə üzərində bir sıra şirkətlər çalışmışlar: Avstraliya memarlıq bürosu Fitzpatrick & Partners binanın xarici görünüşü, Amerika firması Clive Wilkinson Architects – interyerin dizaynı ilə məşğul olurdular, yerli nümayəndəlik olan Woods Bagot-un mütəxəssisləri isə tikinti və dekor işlərinə baxırdılar.


Macquarie-də Activity-based working sistemi fəaliyyət göstərir. Onun mahiyyəti ondan ibarətdir ki, işçilər ofis daxilində işləmək istədikləri yeri özləri seçirlər. İşçilərin təxminən 77%-i öz məkanlarını dəyişməyi sevirlər, 50%-iisə bunu gündəlik edir.

Sürixdəki Raiffeisen bankı


Raiffeisen-in Sürix filialı üçün NAU Architecture şirkəti və Drexler Guinand Jauslin studiyası tarixiliyi və müasirliyi birləşdirən dizayn hazırladılar. Bankın daxili divarları yüksək texnoloji materialdan – süni ağ rəngli HI-MAX daşından hazırlanmışdır. Örtüklərin üzərində nə vaxtsa Sürixdə yaşamış məşhur incəsənət xadimlərinin portreti əks olunmuşdur.

Şəffaf divarları sayəsində bankın salonu küçədən görünür. Geniş və işıqlı olan bu bank öz alıcılarını səbirsizliklə gözləyən bahalı mağazaya bənzəyir.

Son xəbərlər
Digər xəbərlər