15 C
Baku
Friday, March 29, 2024

Ən iri maliyyə mərkəzlərinin TOP 10-luğu

“Global Financila Centers Index“in illik 25-ci hesabatına görə Nyu-York dünaynın ən iri maliyyə mərkəzi seçilib.

Araşdırmaya dünya üzrə 112 maliyyə mərkəzi daxildir ki, bunlardan 1-2 şəhər əsas siyahıda, 10-u isə əlavə siyahıdadır.

Göstəricilər bir sıra parametrlər əsasında qiymətləndirilib: iş üçün münasib iqlim,insan kapitalı,infrastruktura, maliyyə sektorunun və nüfuzunun artımı.

Gəlin 10 ən iri dünya maliyyə mərkəzlərinə nəzər yetirək:

10. Frankfurt-Mayn

frankfurt mine
Frankfurt, ALMANIYA

Bu şəhər Almaniyanın ərazisinə görə, 732 min əhali sayı ilə beşinci şəhəridir.Frankfurt, dünyanın “alfa-şəhər”i hesab olunur və ticarət, mədəniyyət, təhsil, turizm və nəaqliyyat mərkəzidir.

Burada Avropanın Mərkəzi Bankı, Almaniyanın Federal Bankı, Frankfurt birjası və yarmarkası yerləşir.

Frankfurt aeroportu ən işlək beynəlxalq aeroportlardan biri, Mərkəzi vağzal və Frankfurt avtomobil yolu isə Avropa qitəsinin ən çox istifadə olunan nəqliyyat magistrallarından biridir.

Frankfurt Almaniyanın, dünyanın alfa-şəhərləri iyirmilyinə daxil olan yeganə şəhəridir.

9. Pekin

pekin 1
Pekin, Çin

Pekin ÇXR-in paytaxtıdır. Bura, ölkənin əsas hava yolu mərkəzlərindən biri və dəmir və avto-yol qovşaqlarından ən irisidir.

ÇXR-in siyasi, mədəniyyət və təhsil mərkəzi olan Pekindən başqa əsas iqtisadi mərkəzlər hesab olunan Şanxay və Honk-Konq şəhərləri də var.

Bütün bunlarla yanaşı, son zamanlar sahibkarlıq fəaliyyəti lokomotivi və yenilikçi müəssisələrin yaradılması üçün əsas sahə rolunu oynayır.

7. Sürix

zurich
Zürix, İsveçrə

Sürix qlobal şəhərlər siyahısındadır. İsveçrənin ən iri maliyyə mərkəzi olan bu şəhərdə bankların və sığorta şirkətlərinin, eyni zamanda, beynəlxalq olanlar sırasından USB və Credit Suisse-nin, İsveç fond birjasının əsas binaları və İsveçrənin Mərkəzi Bankının baş ofisi yerləşir.

Sürix şəhəri həmçinin, iri elm mərkəzidir və burada universitet, ali texniki məktəb yerləşir.

Sürixi çox zaman İsveçrənin iqtisadiyyat və maliyyə paytaxtı da adlandırırlar.

Burada dünaynın şokolad üzrə istehsalat liderlərindən biri olan  “Barry Callebaut” şirkətinin əsas binası yerləşir.

6. Toronto

toronto
Toronto, Kanada

Toronto Kanadanın ən iri şəhəri və Ontario vilayətinin administrativ mərkəzidir.

Toronto “Qızıl nal”ın bir hissəsidir və bura Ontario gölünün şimal hissəsi ətrafında 7 milyona yaxın əhalinin sıx məskunlaşdığı şəhərdir.

Kanada əhalisinin təxminən 1/3-i Torontodan 500 km.radius uzaqlığında yaşayır.

Bu şəhər həmçinin, Kanadanın iqtisadiyyat şəhəridir, dünyanın aparıcı meqapolislərindən biri hesab olunur və həm ərazidə həm də beynəlxalq və dövlət səviyyəsində yüksək çəkiyə malikdir.

6. Tokio

tokio
Tokio, Yaponiya

Yaponiyanın paytaxtı olan bu şəhər həm də onun administrativ,maliyyə, sənaye və siyasi mərkəzidir. Dünyanın ən iri iqtisadiyyat şəhəri olan Tokio Yaponiyanın əsas iqtisadi markəzidir.

Tokio beynəlxalq maliyyə mərkəzi və bir sıra ən iri sığorta şirkətləri və investisiya banklarının əsas qərargah ünvanıdır, eyni zamanda, Yaponiyada nəqliyyat, nəşriyyat və yayım şəhəri kimi tanınır.

Yaponiyanın Tokio fond birjası ən iri fond birjasıdır, dünyada bazar kapitalizasiyası üzrə ikinci və dövriyyə payına görə isə dördüncüdür.

6. Şanxay

shangai
Şanxay, Çin

Şanxay Çinin və dünyanın əhali sayına görə ən iri şəhəridir. Bu şəhər Çinin maliyyə və ticarət mərkəzidir.

Şanxay fond birjası müasir və səhmdarlar tərəfindən çox bəyənilən meydandır.

Şanxayın vədli müqavilə birjası dünyanın, təbii kauçuk və bal üzrə vədli müqavilə ticarəti həcminə görə aparıcı ticarət birjaları sırasına daxildir.

Şanxayın qızıl birjası Çinin qiymətli metallar bazarında ən nəhəngidir.

5. Sinqapur

Singapore
Sinqaour

Sinqapur, iqtisadi bazar üzrə yüksək inkişaf etmiş və az vergitutması olan ölkədir. Burada transmilli şirkətlər əsas rol oynayır.

Sinqapur səhmdarlara vergilərin aşağı olması baxımından cəlbedici görünür. Ümumilikdə 5 vergi rüsumu vardır və onlardan biri mənfəət digəri isə əmək haqqı vergisidir. Ümumi vergi dərəcəsi 27,1%-dir.

Sinqapuru sürətli iqtisadi sıçrayışa görə inkişaf etmiş ölkələr səviyyəsində “Şərqi Asiya pələngi” kimi sıralayırlar. Ölkədə elektronika, gəmiqayırma, maliyyə sahəsi üzrə xidmətlər inkişaf edib.

CD-disklərin ən iri istehsalçılarından biridir. Burada biotexnologiya sahəsində irihəcmli araşdırmalar aparılır.

3. Honk-Konq

hongkong 15
Honkonq

Honk-Konqun iqtisadiyyatı azad ticarət, aşağı vergitutma və dövlətin iqtisadiyyata qarışmaması ilə seçilir.

Bu şəhər “offshore” ərazidir və ödənişsiz liman rolunu oynayır. İdxalda gömrük rüsumu tutmur və orada əlavə dəyər və ya onun ekvivalentlərinə vergi yoxdur.

Yalnız dörd növ ticarətə aksiz qoyulub və bunun da onun idxal olunan yoxsa yerli istehsaldan olmasından heçbir asılılığı yoxdur.

2. London

london uk britania
London/ Photograph: Tolga Akmen/AFP/Getty

London Birləşmiş Böyük Britaniya və Şimali İrlandiyanın paytaxtı və ən iri şəhəridir.

Onun iqtisadiyyatı dünya iqtisadiyyatının beşinci hissəsini təşkil edir.

İnvestisiya cəlb etmə baxımından ən uyğun şəhərlərdən biridir və orada çoxlu beynəlxalq ticarət şirkətləri  və dünya şəhərləri üzrə ən iri xalis kapital nümayəndələri qanuni qeydiyyatdan keçiblər.

1. Nyu-York

new yorkNyu-York ABŞ-ın ən iri şəhəri və dünyanın ən iri kompakt yaşayış ərazilərindən biridir. Bu şəhər əsas iqtisadi, maliyyə, mədəniyyət və siyasət mərkəzidir.

2008-ci ilin sonunda burada məskən salan maliyyə təşkilatları dünya maliyyəsinin 40%-nə nəzarət ediblər.

Citigroup, J.P. Morgan Chase & Co., American International Group, Goldman Sachs Group, Morgan Stanley, Merrill Lynch və başqa maliyyə təşkilatları əsas binalarının yerləşmə ünvanı kimi bu şəhəri seçiblər.

Bundan başqa, bir sıra qeyri-maliyyə korporasiyalarının da mərkəzi ofisi Nyu-Yorkda yerləşir ki, bunların arasında Verizon Communications, Pfizer, Alcoa, News Corp., Colgate-Palmolive və başqaları var.

Şəhərdə Nyu-York fond birjası, NASDAQ, Amerika fond birjası, Nyu-York ticarət birjası və Nyu-York ticarət palatası yerləşir. Nyu-Yorkun maliyyəsi binası Aşağı Manxettendəki Wall Street-də yerləşir.

Son xəbərlər
Digər xəbərlər