22 C
Baku
Tuesday, August 16, 2022

Ən iri un istehsalçısı olan “Karat Holdinq” 1 milyon manatdan çox zərər açıqlandı

“Karat Holdinq” MMC 2021-ci ili 1 milyon 367 min manat zərər ilə başa vurub. Şirkət 2020-ci ildə isə 4 milyon 287 min manat mənfəət etmişdir.

Banker.az bu barədə şirkətin maliyyə hesabatına istinadən xəbər verir.

2021-ci ildə “Karat Holdinq”in satışdan gəlirləri 75 milyon 916 min manat olub ki, bu da illik müqayisədə 8% azalıb. Şirkətin sair əməliyyat gəlirləri 7 milyon 444 min manat, işçi heyəti üzrə xərcləri 1 milyon 647 min manat, amortizasiya xərcləri 197 min manat olub.

“Karat Holdinq”in ötən il cəmi aktivləri 0.8% azalaraq 28 milyon 435 min manat, cəmi öhdəlikləri 7% azalaraq 42 milyon 871 min manat təşkil edib.

Qeyd edək ki, “Karat Holdinq” MMC un istehsalı ilə məşğul olur.

 

Son xəbərlər
Oxşar xəbərlər