Ən məşhur bank oğruları və onların həyatı

Cessi Ceyms (5 sentyabr 1847 – 3 aprel 1882)

19-cu əsrin ən məşhur oğrusu. Ədəbiyyatlarda tez-tez Cessi Ceymsi Vəhşi Qərbdə kasıbların xeyrinə varlıları qarət edən Robin Qud kimi təsvir edirlər – lakin bu həqiqətə uyğun deyil. Cessi Ceymsin “qəhrəmanlığı” onun özü və bandasından başqa heç kimi zəngin etməmişdi.

grabiteli-bank5_350.jpg.aspx

Bir çoxlarının (dəqiq sübutlar olmasa da) iddia etdiyi kimi Cessi ilk ciddi bank qarətini öz vətəni Kley-Kauntidə həyata keçirmişdir. Onun bandasının amansızlığı həmin dövr üçün o qədər də qorxulu deyildi.

Cessi 1869-cu ildə qardaşı ilə birlikdə Missuridə yerləşən Deves Mahalının Yığım Assosiasiyasını qarət etdikdən sonra məşhurlaşdı. Qarətdən heç bir pul əldə etməsələr də, Cessi şəxsən özü kassiri öldürmüşdü. Bu qarət və polislərdən cəsarətli qaçış bütün qəzetlərin onun haqqında danışmasına səbəb oldu.

Cessi böyük Ceyms-Yanqer cinayətkar qrupun nüfuzlu liderlərindən biri oldu. Onu Pinkertonun agentləri tutmağa çalışırdılar, Alan Pinkertonun özü Ceymsi şəxsi düşməni adlandırmışdı. Buna baxmayaraq, o buna müvəffəq ola bilməmişdi.

Sonuncu qarətdən hiddətə gəlmiş Missuri ştatının qubernatoru Cessi və Frenk Ceymsin başı üçün həmin dövr üçün astronomik məbləğ – 10 min dollar müəyyənləşdirmişdir.

Cinayətkar qrupun fəaliyyətinə Birinci Milli Banka uğursuz hücum nəticəsində son qoyuldu. Ceymsin etibar etdiyi insanlardan ikisi – Robert və Çarli Ford sağ qala bildilər; məhz Robert Ford son nəticədə Cessini öldürdü.

Butç Kessidi (13 aprel 1866 – 1908) və Sandens Kid (1867- 6 noyabr 1908)

Butç Kessedi Yuta ştatında anadan olmuşdur, əsl adı Robert Lero Parkerdir. Uşaqlığı valideynlərinin Oqayo ştatındakı mülkündə keçib. Kriminal fəaliyyət başlamamışdan qabaq maldarlıqla məşğul olmuşdur.

Yazılı sübutların olduğu ilk cinayət faktı 1889-cu ildə Kolorado ştatında “San Miqel Valey Bankına” hücumu zamanı qeydə alınmışdır. Cinayətkar qrupun qəniməti 20 min dollar təşkil etmişdir. Butç “Outlaw Trail”-ın öncüllərin biri olmuşdur

O, at oğurluğuna görə 1884-1886-cı illərdə həbsdə olmuşdur. Butç azadlığa buraxıldıqdan sonra “Vəhşi banda” kimi məşhurlaşmış cinayətkar qrup yaratdı. “Vəhşi banda” öz növbəsində qanqsterlərin sərbəst ittifaqı olan “Divarda dəlik” bandasının bir hissəsi idi, onların ümumi sığınacaq yerləri Biq Horn Vayominq ştatında yerləşirdi.

“Vəhşi bandanın” ən məşhur üzvü Harri Lonqbau idi, onu həm də “Sandens Kid” də adlandırırdılar. 1896-1901-ci illərdə cinayətkar qrup ondan çox qatar qarət etmişdir. 1901-ci ildə Kessedi, Sandens və onun həyat yoldaşı Ettoy Pleys ilə birlikdə Nyu-yorkdan keçərək Argentinaya qaçdılar. Onlar orda dinc şəkildə fermer işləyərək bir neçə il yaşadılar.

1905-ci ildə Butç və Sandens yenidən kriminal fəaliyyətə başladılar və ABŞ-da olduğu kimi burda da ad-san sahibi oldular. Çilidən keçərək Boliviyaya getdilər, orda 1908-ci ildə Boliviya polisləri tərəfindən həbs olundular. Butç və Sandensin güllələndiyi ehtimal olunur.

Boliviyadakı San-Vinsent şaxtaçılar şəhərində hər iki cinayətkarın ölümü xatirəsinə lövhə vardır. Qeyd edilir ki, onlar yerli qəbiristanlıqlardan birində dəfn olunublar, lakin bu hələ təsdiqin tapmayıb. Bununla yanaşı Butç və Sandensin ölüm və mümkün qaçışlarının səbəbləri aydın deyil.

1993-cü ildə həyata keçirilən DNK testi verilmiş qalıqların Butç Kessedi və Sandens Kidə məxsus olmadığını göstərdi. Bir çox müasirləri polislər tərəfindən həbs olunduqdan sonra onları gördüklərini iddia edirdilər. Həm də, şayiələr gəzirdi ki, quldurlar Uruqvay və ABŞ-da saxta adla son illərini keçirmişlər.

Əfsanəvi cinayətkarların həyatı 1969-cu ildə “Butç Kessedi və Sandens Kid” filmi ilə ekranlaşdırılmışdır. Butç rolunu Pol Nyuman, Sandens Kid rolunu isə Robert Redford oynamışdır.

Con Cillincer (22 iyun 1903 — 22 iyul 1934)

Onun başına gələnlər və ölümü bir nüansları ilə romantik cütlük quldurlar Bonni Parker və Klayd Barrounun hekayəsini xatırladır.

Con Cillinqer 28 iyun 1903-cü ildə İndianapolisdə anadan olmuşdur. O, atasının yolunu davam etdirmədi, hələ erkən yaşlarından qanun pozuntusuna meylli idi.

Doqquz yaşında olarkən oğlan “12 yaramaz” adlı banda yaratdı. Bu təkcə oyun deyildi – bir neçə müddət keçdikdən sonra Con kömür oğurluğu üstündə tutulmuşdu.

1923-cü ildə atası Cona öz avtomobilini verməkdən imtina etdi, onda o, başqasının maşınını oğurladı. Lakin polis tərəfindən tutulmuş, daha sonra azad edildikdən sonra atasının qorxusundan evə qayıtmamışdır.

Özünün ilk silahlı qarətini Con 21 yaşında həyata keçirdi, buna görə həbs də olunmuşdu. Bir çox digər cinayətkarlarda olduğu kimi həbsxana Dillincer üçün həyat məktəbi oldu. O, həbsxanada artıq kriminal avtoritet kimi tanınmağa başladı, eləcə də orda Conu bankı qarət etməklə varlanmağın mümkün olduğu fikrinə salan Harri Pirpoyntla qarşılaşdı.

Böyük Depressiyasının qızğın çağında Dillincer mətbuatda müasir Robin Qud kimi təqdim olunmağa başlandı, belə ki o, əhalinin əksər hissəsinin nifrət etdiyi bankları qarət edirdi; insanlar onu varlılardan sadə insanların qisasını alan insan hesab edirdilər.

Dillincerin cinayətləri – bank qarəti və xüsusilə də polislərin öldürülməsi onun FBI tərəfindən cəmiyyətin ən birinci düşməni kimi elan olunmasına səbəb oldu. Eləcə də Dillincerin axtarışı ilə məşğul olan xüsusi qrup yaradılmışdır.

Lakin Dillincerin cinayətkar karyerasına bir gün son qoyuldu – o, filmə baxmaq üçün gəldiyi kinoteatrdan çıxarkən polislər tərəfindən həbs olunmuşdu və atışma nəticəsində öldürülmüşdü.

Con Dillincer doğma İndianapolisdə dəfn olunmuşdu; lakin o, ölümündən sonra da yüksək qiymətləndirilirdi, qəbiristanlıqdakı başdaşını isə bir neçə dəfə dəyişmək lazım oldu, çünki ziyarətçilər suvenir olaraq, başdaşından bir parça qoparırdılar.

Onun həyatı haqqında bir neçə film çəkilib, pyes və romanlar yazılıb. 2009-cu ildə Con Dillincer rolunu məşhur aktyor Conni Depin oynadığı “Conni D.” filmi çəkilmişdi.

Körpə Nelson (6 dekabr 1908 – 27 noyabr 1934)

Lester Cillis Nelson İllinoys ştatı – Çikaqo şəhərində anadan olmuşdur. O, artıq 11 yaşında xuliqan bandasına başçılıq edirdi. Onlar maşınları oğurlayır və qazlı su satıcılarının pullarını əllərindən alırdılar.

1921-ci il 4 iyulda 12 yaşlı Nelson qonşu uşağının üzünü oğurlanmış silah ilə yaraladığına görə bir il uşaq həbsxanasına göndərilmişdi. 1922-ci ildə azadlığa çıxdığı günün səhəri sürmək üçün maşın qaçırdığına görə yenidən həbs olunmuşdu.

1932-ci ildə məhkəmə Cillisi bir neçə silahlı qarət seriyası və qətlə görə “Huntsville Unit Prison”-da ömürlük həbs cəzasına məhkum etmişdir. Lakin, elə həmin ildəcə Lester Cillis həbsxanadan qaçmışdır. Bir il sonra isə yeni hücum təşkil edərək və dəstə yığa bilmişdir.

1933-cü ildə $32 minlik bank qarətinə görə Cillisin axtarışına başlanıldı. Körpə Nelson 1934-cü ilin yazına qədər fəaliyyətini dayandırdı. Həmin zamanlarda o, Con Dillincerlə tanış oldu.

1934-cü il 6 martda Körpə Nelsonun altı nəfərdən ibarət cinayətkar qrupu Cənubi Dakotada $50 min həcmində bank qarəti etdi.

Körpə Nelsonun “karyerası” da adi sonluqla bitdi – o, FBI agentləri ilə baş vermiş növbəti atışma nəticəsində aldığı güllə yarasından dünyasını dəyişdi.

Bonni və Klayd (1 oktyabr 1910 / 24 mart 1909 – 23 may 1934)

Bonni Parker və Klayd Berrou – Böyük Depressiya zamanı fəaliyyət göstərmiş məşhur amerikan oğrularıdır.

“Bonni və Klayd” ifadəsi cinayətkar fəaliyyətlə məşğul olan sevgililəri təsvir etmək üçün istifadə olunan ümumi ifadəyə çevrilmişdir. Bonni Elizabet Parker 1910-cu il 1 oktyabrda Texas ştatı, Rovena şəhərində anadan olmuşdur.

Klayd “Çempion” Çestnat Berrou 1909-cu il 24 martda Texas ştatı, Teliko şəhəri yaxınlığında anadan olmuşdur. İlk dəfə polislər Klaydı 1926-cı ildə maşın qaçırdığına görə həbs etmişdir. Tezliklə ikinci həbs – Klayd və Bak ləqəbli qardaşı Marvin ilə birlikdə hinduşka oğurladıqdan sonra baş vermişdi.

Lakin 1929-cu ilin sonunda onların görüşü baş tutdu. Klayd balaca kürən saçlı qıza ilk görüşdən aşiq oldu. Klayd növbəti dəfə silahlı basqına görə həbs olunduğu zaman Bonni görüş zamanı silah verərək onun həbsxanadan qaçmasına kömək etdi.

Məlumdur ki, növbəti həbsə etiraz əlaməti olaraq Klayd özünün iki ayaq barmağını kəssə də, bunun heç bir faydası olmamışdı. Həmin vaxt, o əksinə nümunəvi dustağa çevrilmiş və 1932-ci ildə şərti-möhlətlə azadlığa çıxmışdır.

Azadlığa çıxaraq, Klayd kiçik soyğun və qarətlərini davam etdirdi. Lakin Bonni bildirdi ki, oyun oynamağı qurtarmaq lazımdır, əsl işə keçməyin vaxtıdır: avtomobilin qaçırılması, bank, yanacaq məntəqələri və mağaza qarətləri.

Bandanın “iş” metodu eynitipli idi. Bonni mühərriki işlək saxlayıb avtomobildə gözləyirdi, oğlanlar isə qışqıraraq banka hücum edirdilər: “Qarət!” əksər hallarda heç silahdan istifadə etməyə ehtiyac qalmırdı.

1934-cü ilin mayında bir neçə uğursuzluqdan sonra, Bonni və Klaydı tutub zərərsizləşdirməyə söz vermiş yerli polis rəisi Frenk Heymer onlara pusqu qurmağı bacardı.

1934-cü il 23 mayda Klayd və Bonninin avtomobili altı nəfər polis tərəfindən pusquda güllələndi. 167 güllə maşını deşik-deşik etmişdir, güllələrdən 50-i quldurlara dəymişdir.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.