Ən nadir sikkələrdən biri $2 mln. qiymətinə hərraca çıxarıldı

0

Dünyanın ən nadir sikkələrdən biri eramızın 723-cü il tarixli qızıl dinardır. Qədim sikkə İngiltərədə hərraca çıxarılacaq. “Daily Mail” in verdiyi məlumata görə, lotun ilkin qiyməti 1,6 milyon funt sterlinqə (2,02 milyon dollar) çatır.

Banker.az xəbər verir ki, hal-hazırda dünyada bu sikkələrin sayı ona yaxındır. Və bu, hərraca çıxarılan ikinci sikkədir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“Bu sikkə möhtəşəmdir. O, mühüm tarixi sənəddir”, – deyə islam sikkələri üzrə ekspert olan Stiven Lloyd bildirib.

Sikkənin üzərindəki mətn “Sadiqlərimin komandiri” kimi tərcümə olunur.

İngiltərədə keçiriləcək hərrac oktyabrın 24-ü baş tutacaq.