Ən problemli işlənmiş avtomobillərin reytinqi açıqlanıb – 2021

Almaniyada işlənmiş avtomobillərin reytinqi tərtib edilib. AFR-in Texniki Nəzarət Assosiasiyasının ekspertlərinin qeyd etdiyi kimi, ən tez-tez baş verən nasazlıqlar arasında yağ sızması birinci yeri tutub.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Ən problemli ikinci əl avtomobilləri reytinqində Yaponiya, Almaniya, Fransa və Cənubi Koreya markaları yer alıb. Araşdırmaya görə, anti-reytinqə Renault markasının Dacia Logan avtomobili liderlik edir.

İkinci yeri olduqca populyar olan Volkswagen Passat tutub. Ekspertlərin sözlərinə görə, dörd-beş illik istismardan sonra avtomobilin imtina indeksi 19.8/90 (90 min km sürüldükdə qəzaların nisbəti 19.8%-dir) təşkil edir, altı-yeddi il sonra isə – 25.3/120.

İlk üçlüyü Mazda 6 bağlayır. Belə ki, iki-üç illik istismardan sonra avtomobilin imtina indeksi 8.5/52 təşkil edir. Köhnə Hyundai Tucson da etibarlılığı ilə seçilmir. Bildirildiyi kimi, 10-11 il sonra avtomobil 130 min km sürüldükdə 34% hallarda xarab olur. Reytinqi Nissan Qashqai avtomobili tamamlayır. Bu modelin imtina indeksi on-on bir illik istismardan sonra 32,9/136 təşkil edir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.