12 C
Baku
Sunday, October 27, 2024

Ən qədim İncil hərracda 38.1 mln. dollara satılıb

İvrit dilində olan ən qədim İncil hərracda 38.1 milyon dollara satılıb. O, 9-cu əsrin sonu və 10-cu əsrinin əvvəllərinə aiddir. Əlyazmanın sahibi Tel-Əvivdəki “ANU – Yahudi xalqlar muzeyi” təşkilatıdır.

Mütəxəssislər qeyd edirlər ki, cüzi zədələrə baxmayaraq, İncilin mətni oxunaqlı olaraq qalır. Onu yaratmaq üçün təxminən 400 perqament vərəqdən və 100-dən çox heyvanın dərisindən istifadə edilib, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Kitab sonuncu dəfə 1989-cu ildə hərracda 3.19 milyon dollara (indiki məzənnə ilə təxminən 8 milyon dollar) satılıb. 1989-cu ildən İncilin sahibi isveçrəli maliyyəçi və kolleksiyaçı Jaki Safra olub.

Uzun müddət hərracda satılan ən bahalı kitab və ya tarixi sənəd Leonardo da Vinçinin 1504-1510-cu illər arasında hazırladığı elmi qeydlər dəftəri “Codex Leicester” idi. 1994-cü ildə “Microsoft”un həmtəsisçisi Bill Qeyts onu 30.8 milyon dollara (indiki məzənnə ilə) alıb. Bununla belə, 2021-ci ilin noyabrında yeni rekord qeydə alınıb. Amerikalı investor Kennet Qriffin ABŞ Konstitusiyasının ilk nəşrini 43.2 milyon dollara əldə edib.

Son xəbərlər
Digər xəbərlər