Ən sərfəli nağd pul kreditini hansı bank təklif edir?

19

Saytımızda müxtəlif sahələrdə çalışanlar üçün bankların təklif etdikləri kreditlərlə bağlı mütəmadi olaraq bir çox reytinqlər hazırlanıb. Təbii ki, bankdan kredit əldə etmək üçün bu reytinqlər sizə çox faydalı olur. Çünki, məhz həmin reytinqlərdə,  çalışdığınız sahəyə uyğun olaraq hansı bankdan daha sərfəri kredit əldə edə biləcəyiniz daha ətraflı şəkildə qeyd olunur.

Bu dəfə isə saytımızda  sadəcə bankdan 1 il müddətində 1 000 AZN kredit götürmək istəyən şəxlərin əlavə nə qədər ödəyəcəyi haqda reytinq hazırlandı. Belə ki, bankların kredit faizləri və komisyon haqları müxtəlifdir. Bəzi banklarda kreditin illik faizi aşağı olsa belə komisyon haqqı çox yüksəkdir. Bu səbəbdən də illik faizin az olmasına baxmayaraq komisyon haqqı ilə birlikdə sizdən çıxan əlavə məbləğ heçdə az olmur.  Bu səbəbdən digər reytinqlərdən fərqli olaraq bu dəfə hazırlanan reytinq illik faizlərinə görə deyil, sonda əlavə ödəyəcəyiniz məbləğə görə sıralanıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Krediti əldə edə bilməyiniz üçün bankların şərtlərində asılı olaraq sizdə iş yerindən arayış və ya zamin də tələb oluna bilər. Reytinqə baxmaqla hansı bankdan 1 000 AZN üçün zamin və iş yerində arayış tələb olunduğunu  öyrənə bilərsiniz.

Məhsul haqda daha ətraflı məlumat almağınız üçün məhsulun adına klik edin.

Reytinqdə qeyd olunan şərtlər əsasən özəl sektorda çalışanlara şamil olunur. Yəni bankın şərtlərində asılı olaraq (misal partnyor olduğu şirkətlə) fərqli şərtlər də tətbiq oluna bilər.

Qeyd edək ki, reytinq banklardan Müştəri qismində əlaqə saxlanılaraq hazırlanmışdır. Əgər bankla əlaqə saxladığınız zaman Sizə fərqli  məlumatlar  verilibsə  aşağıda şərh yazmağı unutmayın!

Redaksiya ilə əlaqə:  (012) 595 03 95

Bankın adıMəhsulun adıMəbləğMüddətİllik FaizKomisyonZaminCəmi faizlə + KomisyonCəmi əlavə ödənilən məbləğ
Access BankAccess Bank1 000 AZN12 ay34%2%Tələb olunmur190 AZN+ 20 AZN210 AZN
AFB BankIstehlak Krediti1 000 AZN12 ay20%66 AZN1 zamin tələb olunur113 AZN + 66 AZN179 AZN
AG Bankİstehlak Krediti1 000 AZN12 ay29%46 AZNTələb olumur162 AZN+ 46 AZN208 AZN
Amrahbankİstehlak Krediti1 000 AZN12 ay30%4%Tələb olunmur168 AZN+ 40 AZN208 AZN
ASB BankNağd pul krediti1 000 AZN12 ay20%2,5%1 zamin tələb olunur140 AZN+25 AZN165 AZN
Ata BankEkspress Kredit1 000 AZN12 ay22%2,5%1 zamin tələb olunur124 AZN+ 30 AZN154 AZN
Azər-Türk Bankİstehlak Krediti1 000 AZN12 ay20%20 AZN1 zamin tələb olunur111 AZN+ 33 AZN144 AZN
Azərbaycan Kredit Bankİstehlak Krediti1 000 AZN12 ay34%3%1 zamin tələb olunur190 AZN+30 AZN220 AZN
Bank BTBNağd pul krediti1 000 AZN12 ay32%4%1 zamin tələb olunur180 AZN+ 40 AZN220 AZN
Bank of BakuNağd pul krediti1 000 AZN12 ay0200-300 AZNTələb oluna bilər300 AZN200 AZN
Bank RespublikaNağd pul krediti1 000 AZN12 ay33%2%1 zamin tələb olunur186AZN+ 20 AZN206 AZN
Bank Silk Wayİstehlak Krediti1 000 AZN 12 ay21%35 AZN2 zamin tələb olunur116 AZN+35 AZN151 AZN
Bank Standardİstehlak Krediti1 000 AZN12 ay25%3%1 zamin tələb olunur141 AZN+30AZN171 AZN
Bank Techniqueİstehlak krediti1 000 AZN12 ay24%1 % + 15 AZNZamin tələb olunmur134 AZN+ 25 AZN159 AZN
Bank VTBNağd pul krediti1 000 AZN12 ay29%3%Tələb olunmur162 AZN+30 AZN192 AZN
Beynəlxalq Bankİstehlak Krediti1 000 AZN12 ay22%1%Zamin tələb oluna bilər126 AZN + 10 AZN136 AZN
DəmirBankİstehlak Krediti1 000 AZN12 ay34%2%Tələb olunmur200 AZN + 20 AZN220 AZN
ExpressbankAsan krediti1 000 AZN12 ay30%5%Tələb olunmur170 AZN+ 50 AZN220 AZN
Kredit Houseİstehlak Krediti1 000 AZN12 ay24%3%1 zamin tələb olunur*134 AZN+ 30 AZN164 AZN
Kredo Aqroİstehlak Krediti1 000 AZN12 ay34%3%1 zamin tələb olunur198 AZN+ 30AZN228 AZN
Nikoil Bankİstehlak Krediti1 000 AZN12 ay30%3%Zamin tələb olunmur156AZN+30AZN186 AZN
Para BankEkspress Kredit1 000 AZN12 ay36%3%1 zamin tələb olunur205 AZN + 30 AZN235 AZN
RabitəbankNağd pul krediti1 000 AZN12 ay28%4%Tələb olunmur158 AZN+ 40 AZN198 AZN
TBC BankEkspress Kredit1 000 AZN12 ay36%3%1 zamin tələb olunur210 AZN + 30 AZN240 AZN
TuranBankİstehlak krediti1 000 AZN12 ay26%5%Zamin tələb olunmur146 AZN + 50 AZN196 AZN
UnibankSiftə krediti1 000 AZN12 ay 26%5%Tələb olumur146 AZN + 50 AZN196 AZN
United Credit Bankİstehlak Krediti1 000 AZN12 ay24%2%+10 AZNZamin tələb olunmur135 AZN+ 30 AZN165 AZN
YapıKredi Bankİstehlak Krediti1 000 AZN12 ay24%30 AZN1 zamin tələb olunur135 AZN+ 30 AZN165 AZN
Zamin Bankİstehlak Krediti1 000 AZN12 ay23%2%+ 20 AZN1 zamin tələb olunur130 AZN+ 40 AZN170 AZN

19 ŞƏRHLƏR

  1. Butun banklar od puskurur…Goresen bir gun yeni bank peyda olub bu insallari anliyacaq seviyede guzewtli ve serfeli formada kredit paylayacaq??? BANKER Men 10000 AZN kredit goturmek isteyirem ama odenisi coz az olan formada olan bank tapa bilmirem .Tapdiqim banklarda izse odeniw muddeti cox verdiyi halda sonda odeyeceyim pul aldiqimm kreditinm 2 qatina beraber olur..