13 C
Baku
Bazar, Noyabr 28, 2021

Ən yaxşı pensiya sisteminə malik olan ölkələr – Top 10-luq

Ən yaxşı pensiya sisteminə malik ölkələrin reytinqinin yeni lideri İslandiya olub.

Banker.az xəbər verir ki,, “Ciddi qüsuru” olan dövlətlər qrupuna isə Yaponiya, Hindistan, Türkiyə və Cənubi Koreya daxil edilib.

Qeyd edək ki, reytinqdə 39 ölkənin müqayisəsi aparılıb. Onların yarısında koronavirus pandemiyası ilə əlaqədar görülən tədbirlər fonunda vəziyyət xeyli pisləşib.

İslandiya Hollandiyanı ikinci yerə “düşürdüb”, üçüncü yeri isə Danimarka tutub. İlk üçlüyə daxil olan ölkələr 80-dən çox bal toplayıb. İsrail, Norveç və Avstraliya 75-80; Finlandiya, İsveç, Böyük Britaniya, Sinqapur, İsveçrə, Kanada, İrlandiya, Almaniya, Yeni Zelandiya və Çili isə 65-75 bal arası toplayıb.

Xatırladaq ki, ötən il də Niderland və Danimarka ən yaxşı pensiya sisteminə malik olan ölkələr arasında liderlik edib. Mütəxəssislər onları “A” qrupuna – ən etibarlı, dayanıqlı və mükafatlandırıcı ölkələrə aid ediblər.

Son xəbərlər
Oxşar xəbərlər
X