16 C
Baku
Thursday, March 28, 2024

Ən yüksək maaş verən şirkətlərin Top 10-luğu

Hər kəs yüksək maaş almaq istəyir, amma bunun üçün təkcə tələb olunan ixtisasa sahib olmaq kifayət etmir. Bundan əlavə siz belə bir maaş təklif edə biləcək şirkətdə işə qəbul olmalısınız. 

Glassdoor mütəxəssisləri 2019-cu ildə ən çox maaş alan şirkətlərin siyahısını dərs etdilər. Buraya işçilərinin orta əmək haqqı ildə 130 min dollardan çox olduğu şirkətləri daxildir.

10. Microsoft

microsoft buildingƏn yüksək maaş: 523-565 min dollar

Orta maaş: 148 068 dollar

Microsoft müxtəlif hesablama avadanlıqları – fərdi kompüterlər, oyun konsolları, mobil telefonlar və s. əşyalar üçün xüsusi proqram təminatı istehsal edən ən böyük çoxmilli şirkətlərdən biridir. Hazırda dünyada ən çox istifadə olunan proqram platformasının inkişaf etdiricisi Windows əməliyyat sistemi ailəsidir.

2009-cu ildə Microsoft dünyanın ən yaxşı şirkəti adını qazanıb. 

9. Salesforce

salesforce san fransico
Salesforce qülləsi, San-Fransisko

Ən yüksək maaş: 473-516 min dollar

Orta maaş: 150 379 dollar

Saleforce.com – SaaS modeli altında müştərilərə təqdim olunan CRM sistemini tərtib edən amerikan şirkətidir. 

Force.com adı altında şirkət PaaS-platformasını, Database.com brendi altında isə verilənlər bazası idarəetmə sistemini təqdim edir. 

Hal-hazırda şirkətdə 10 mindən çox insan çalışır. 

8. Facebook

facebook 1
FB

Ən yüksək maaş: 324-347 min dollar

Orta maaş: 152 962 dollar

Facebook dünyanın ən böyük sosial şəbəkəsidir, istifadəçilərin sayına görə ilk beşliyə daxildir. 

Hər gün istifadəçilər sosial şəbəkədə 6 milyard “like” və şərh buraxır və 300 milyon fotoşəkil yayımlayırlar. 

Saytda 200 milyard “dostluq əlaqələri” qeydə alınıb. 

7. LinkedIn

linkedin banker.az
Silikon Vadisində Linkeinin Baş ofisi / (Photo by Smith Collection/Gado/Getty Images).

Ən yüksək maaş: 322-350 min dollar

Orta maaş: 157 402 dollar

LinkedIn – işgüzar əlaqələrin qurulması üçün nəzərdə tutulmuş sosial şəbəkədir. LinkedIn 200 ölkədən 150 biznes sektorunu təmsil edən 500 milyondan çox qeydiyyatdan keçmiş istifadəçiyə malikdir.

Sayt dünyanın 24 dilində, o cümlədən ingilis, fransız, rus, alman, italyan, holland, Danimarka, ərəb, portuqal, ispan, rumın və türk dillərində mövcuddur.

6. VMware

vmware hq photo 100611136 large
VMware Baş ofis

Ən yüksək maaş: 406-441 min dollar

Orta maaş: 158 063 dollar

VMware – virtualizasiya üçün proqram təminatını tərtib edən amerikan şirkətidir. Qərargahı Kaliforniya ştatında, Palo-Altoda yerləşir.

2007-ci ildə VMware IPO keçirdi, həmin dövrdə şirkətin kapitallaşması 10,9 milyard dollar təşkil edib.

5. Google

googleƏn yüksək maaş: 695-762 min dollar

Orta maaş: 161 254 dollar

Google – 2015-ci il oktyabrın 15-də Alphabet holdinqinin tərkibinə daxil olan, İnternet axtarışlarına, bulud xidmətlərinə və reklam texnologiyalarına investisiya qoyan çoxmillətli şirkətidir.

Google bir sıra onlayn xidmətlər və məhsulları dəstəkləyir və inkişaf etdirir, AdWords proqramı vasitəsilə reklamdan qazanc əldə edir.

4. Gilead Sciences 

gileadƏn yüksək maaş: 377-411 min dollar

Orta maaş: 162 210 dollar

Gilead Sciences – Amerikanın bio-əczaçı dərman istehsal edən şirkətdir.

1987-ci ildə qurulan şirkət əvvəlcə HİV, hepatit B və C, tənəffüs xəstəliklərinin müalicəsi üçün antiviral dərmanların istehsalına yönəldilmişdir. 

Daha sonra firmanın fəaliyyət sahəsinə xərçəngin müalicəsinə yönəlmiş dərmanların inkişafı ilə bağlı tədqiqatlar daxil edilmişdir.

3. Twitter 

twitter sƏn yüksək maaş: 255-274 min dollar

Orta maaş: 162 852 dollar

Twitter – veb interfeysin köməyi ilə ictimai mesajlaşma üçün nəzərdə tutulmuş sosial şəbəkədir. 

Qısa qeydlər bloq formatında yayımlanır. Xidmətdən istifadə pulsuzdur. 

2. NVIDIA

NVIDIA
NVIDIA

Ən yüksək maaş: 436-472 min dollar

Orta maaş: 170 068 dollar

NVIDIA – qrafik prosessorlar və çip üzərində sistemləri istehsal edən Amerikanın texnoloji şirkətlərindən biridir. 

Şirkətin tərtibatları video oyunlar, peşəkar vizualizasiya, hesablaşmalar və avtomobil sənayesi sahəsində istifadə olunur. 

1. Palo Alto Networks

palo alte networksƏn yüksək maaş: 247-271 min dollar

Orta maaş: 170 929 dollar

Palo Alto Networks – amerikan İT şirkətidir. Müəssisələrin, təşkilatların və dövlət qurumlarının kibertəhlükəsizliyini təmin edir. 

Şirkət 2005-ci ildə İsrail əsilli biznesmen Nir Çuk tərəfindən təsis edilib. 2007-c ildə ilk brendmaureni buraxıb. 

Son xəbərlər
Digər xəbərlər