27 C
Baku
Saturday, July 13, 2024

Ən zəngin asiyalı ABŞ-a koronavirusla mübarizədə kömək edəcək

“Alibaba” şirkətinin təsisçisi Cek Manın fondu ABŞ-a bir milyon tibbi maska və koronavirusu müəyyən edən 500 min dəst bağışlayacaq.

Bu barədə təşkilatın “Twitter” səhifəsində məlumat verilir.

bajml8OW bigger

Jack Ma Foundation@foundation_ma

Through a donation of 500,000 testing kits and 1 million masks, we join hands with Americans in these difficult times.

View image on Twitter

“Ölkəmin təcrübəsinə əsaslanaraq bilirəm ki, virusun yayılmasının qarşısının alınmasında ən effektiv yol tibb işçilərini sürətli və dəqiq testləşdirmə və şəxsi müdafiə vasitələri ilə təchiz etməkdir”,- deyə xeyriyyəçi qeyd edib.

Cek Ma bildirib ki, bunun ABŞ-ın koronavirusa qalib gələcəyinə kömək edəcəyinə ümid edir. Milyarderin sözlərinə əsasən, virusla bir dövlətin səyləri ilə mübarizə aparmaq mümkün deyil. Oxu.az

Son xəbərlər
Digər xəbərlər