25 C
Baku
Saturday, July 27, 2024

Əqrəb

Yaşlı bir kişi əqrəbin suya düşdüyünü görür və onu sudan çıxarmaq qərarına gəlir. O sakit şəkildə əlini əqrəbə tərəf uzadır və onu əlinə alıb sudan çıxarmaq istədikdə əqrəb kişinin əlini sancır. Ağrının təsirindən kişi əlini açdıqda əqrəb yenidən suya düşür. Belə olduqda onun yenə boğulduğunu görən kişi geri dönür və onu növbəti dəfə xilas etməyə çalışır. Əqrəb bu dəfə də onun əlini sancır və yaşlı kişi özündən asılı olmadan onu suya salır.

Bayaqdan bəri hadisəni izləyən gənc bir oğlan ona yaxınlaşır və soruşur:

-Bağışlayın cənab, siz bayaqdan bu vəhşi və qəddar canlını xilas etməyə çalışırsınız. O isə dayanmadan sizi sancır. Bunu niyə edirsiniz?

Kişi cavab verir:

-Əqrəbin xasiyyəti sancmaq, mənim xasiyyətim isə yardım etməkdir. Əqrəbə kömək etməklə mənim xasiyyətim dəyişməyəcək, yəni heç bir şey itirməyəcəm. Bundan sonra kişi yaxınlıqdakı ağacdan bir budaq qoparıb əqrəbi sudan çıxarır və həyatını xilas edir.

NƏTİCƏ: Heç vaxt sahib olduğunuz yaxşı xasiyyətinizi, təbiyətinizi dəyişməyin, bu sizə bir şey qazandırmasa belə. Kimsə sizi incitdikdə belə ona yaxşılıq etməklə onu cəzalandırın. Yaxşı niyyətiniz bu yolda ən sadiq bələdçiniz olsun!

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.