18 C
Baku
Thursday, April 25, 2024

Ərəb fondları “Telegram”ın istiqrazlarına 150 mln. dollar yatırım edib

Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) bir neçə fond “Telegram”ın konvertasiya olunan istiqrazlarına 150 milyon dollar sərmayə qoyub.

Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.

Xatırladaq ki, fevral ayında messencerin qurucusu Pavel Durov və Dubayın vəliəhdi arasında görüş keçirilmişdir. Onlar “Telegram”ın uğur hekayəsini və BƏƏ-də texnoloji startapların inkişaf perspektivlərini müzakirə etmişdilər.

Verilən məlumata görə, söhbət BƏƏ-nin “Mubadala Investment Company” və “Abu Dhabi Catalyst Partners” fondlarından gedir. Onların hər biri “Telegram”a 75 milyon dollar yatırım edib, bu barədə “Emirates News Agency” yazıb.

“Mubadala Investment Company” fondu “Telegram”ın dünyanın qabaqcıl texnoloji şirkəti olmaq üçün yaxşı mövqedə olduğunu vurğulayıb. “Abu Dhabi Catalyst Partners” isə “Telegram”ın istifadəyə verilməsindən bəri yeddi il ərzində aktiv istifadəçilərinin sayını ayda 500 milyona çatdırdığını açıqlayıb. Təşkilat bu cür göstəriciləri “Telegram” komandasının işinin istifadəçi təcrübəsinə və məlumatların məxfiliyinə yönəldilməsi ilə əlaqələndirib.

Qeyd edək ki, Durov “Telegram”ın istiqrazlarını yerləşdirmək yolu ilə 1 milyard dollardan çox vəsait topladığını söyləyir. Onun sözlərinə görə, messencerin qiymətli kağızlarını dünyanın ən böyük investorları alıb.

“Telegram Group”un konvertasiya olunan istiqrazlar yerləşdirərək ən az 1 milyard dollar qazanmaq planları haqqında fevralın ortalarında məlum olmuşdur. Yerləşdirmədə Rusiya, Avropa, Asiya və Yaxın Şərq investorlarının iştirak edəcəyi ehtimal olunurdu.

İstiqraz buraxılışı “Telegram”a maliyyə problemlərinin həllində kömək edəcək. Belə ki, aprel ayının sonuna qədər şirkət sərmayəçilərə 600 milyon dollardan çox pul qaytarmalıdır, bu səbəbdən Pavel Durovun komandası qiymətli kağızlar vasitəsilə 1 milyard dollar cəlb etməyə qərar verib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər