10 C
Baku
Bazar, Dekabr 5, 2021

Ərəblərə xoşagəlməz münasibətə görə ölkəsini tərk edən Nobel alan yazıçı kimdir?

Kulis.az bu gün ədəbiyyat üzrə Nobel mükafatına layiq görülən Tanzaniya əsilli Böyük Britaniya yazıçısı Abdulrazak Gurnah haqqında məlumatı təqdim edir.

Abdulrazak Gurnah 1948-ci ildə Zənzibar adasında ərəb mənşəli müsəlman ailəsində dünyaya gəlib.

1968-ci ildə Zənzibardakı anti-ərəb əhval-ruhiyyədən bezərək Böyük Britaniyaya köçüb və təhsilini orada davam etdirib.

1980-1982-ci illərdə Nigeriyanın Bayero Universitetində mühazirələr oxuyub.

1982-ci ildə Britaniyanın Kent Universitetində doktorluq dərəcəsini müdafiə edib.

Hazırda professor elmi dərəcəsi ilə Kent Universitetinin ingilis dili kafedrasına rəhbərlik edir.

1994-cü ildə yazdığı “Cənnət” romanı Buker və Vitbred müsabiqələrinin qısa siyahısına düşüb.

“Fərarilik” (2005-ci il) və “Dənizdə” (2001) romanları Buker mükafatının uzun daxil olun.

Abdulrazak Gurnah 10 roman müəllifidir.

“Afrika yazısı haqqında esse” iki cildlik toplunun məsul redaktoru, “Salman Rüşdiyə yoldaş” kitabının və “Uasafiri” jurnalının redaktorudur.

Salman Rüşdi, Zoi Vikomb, Vidiadxar Suracprasad və bir sıra digər postmüstəmləkə yazıçıları haqqında məqalələrin müəllifidir.

Mənbə:Kulis.az
Son xəbərlər
Oxşar xəbərlər
X