23 C
Baku
Tuesday, May 28, 2024

Ərazi planlaşdırılması sənədləri təsdiqlənməmiş ərazilərdə elektrik şəbəkəsinə qoşulma qaydası hazırlanıb

Ərazi planlaşdırılması sənədləri təsdiq edilməmiş ərazilərdə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması qaydası məlum olub.

Bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, ərazi planlaşdırılması sənədləri təsdiq edilməmiş ərazilərdə tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması aşağıdakı qaydada həyata keçiriləcək:

– Tələb olunan gücü 150 kVt-a qədər (orta və yüksək gərginlikli şəbəkədən) və 150 kVt-dan yuxarı olan mövcud və ya inşa ediləcək tikinti obyektlərinin, habelə elektrik enerjisi paylayıcılarının və istehsalçılarının tikinti obyektlərinin elektrik şəbəkəsinə qoşulması üçün sifarişçi tərəfindən qoşulma xidmətinə görə ödəniş edilir və enerji təchizatı layihəsinin hazırlanması və tikinti obyektlərindən elektrik şəbəkəsinə qoşulma nöqtəsinədək tikinti-quraşdırma işləri sifarişçinin seçdiyi podratçı (elektrik enerjisi istehsalçılarına münasibətdə yalnız podratçı), yaxud enerji təchizatı müəssisəsi və ya dövlət elektroenergetika müəssisəsi tərəfindən sifarişçinin hesabına həyata keçirilir.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər