22 C
Baku
Monday, May 27, 2024

Ərdoğan: “50 milyon dozanı keçdik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə koronavirus peyvəndinin geniş tətbiqi ilə bağlı açıqlama verib.

Bu barədə o “Twitter” hesabında yazıb.

“Koronavirus pandemiyasına qarşı mübarizədə ən təsirli silahımız olan peyvəndlənmədə şükürlər olsun ki, 50 milyon dozanı keçdik. Xeyirli, uğurlu olsun”, – deyə o qeyd edib.

Ərdoğan bildirib ki, Türkiyənin güclü səhiyyə sistemi, tibb sahəsində çalışanların səyləri və millətin həssas yanaşması ilə birgə yaxın zamanda yerli peyvənd TURKOVAC-la da COVID-19-a qarşı mübarizə daha güclü formada davam edəcək:

“Türkiyəni daha sağlam sabahlara daşıyacağıq”.

MənbəOxu.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər