36 C
Baku
Wednesday, August 17, 2022

Ərdoğan: “Adanada bir milyard dollarlıq neft yatağı kəşf etdik”

“Adanada neft kəşfiyyatı apardığımız iki quyuda yüksək keyfiyyətli neft tapdıq. Buradakı ehtiyatların dəyəri təxminən 1 milyard dollar olaraq hesablanıb”.

Bunu Türkiyə preizdenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

Nazirlər Kabineti toplantısının ardından jurnalistlərin qarşısına keçən dövlət başçısı NATO sammiti öncəsi önəmli bəyanatlar verib.

“Sabah İspaniyada keçiriləcək NATO Sammitinə gedəcəyik, ölkəmizin haqq və maraqlarına uyğun olaraq nə lazımdırsa edəcəyik. NATO zirvəsində PKK/YPG, FETÖ kimi terror təşkilatları ilə bağlı nümayiş etdirilən ikiüzlülüyü sənəd, məlumat və görüntülərlə həmsöhbətlərimizə ifadə edəcəyik”, – deyə Türkiyə prezidenti bildirib.

 

 

Son xəbərlər
Oxşar xəbərlər