7 C
Baku
Thursday, February 29, 2024

Ərdoğan Avropanın ən sürətli metro xəttinin açılışını etdi

Türkiyənin İstanbul şəhərində Avropanın ən sürətli metro xətti istifadəyə verilib.

Bu barədə TRT telekanalı məlumat yayıb.

Qatarlar yeni xətt üzrə 90-120 km/saat sürətlə hərəkət edəcək. 34 kilometrlik xəttin çəkildiyi Kağıthane stansiyasından İstanbul hava limanına gediş müddəti təxminən 24 dəqiqə çəkəcək. Yeni stansiyaların ona qoşulması ilə xəttin ümumi uzunluğu 69 km olacaq.

Gələcəkdə yeni metro xətti yüksək sürətli dəmir yolu xətti ilə birləşdiriləcək.

Yeni metro xəttinin istifadəyə verilməsi mərasimində çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onun gündə 800 min sərnişin daşımaq üçün nəzərdə tutulduğunu qeyd edib. O, bir ay ərzində yeni metro xətti ilə gediş-gəlişin pulsuz olacağını da bildirib.

04c95c17 7e11 3faf 8251 0b3f571c749d

04c95c17 7e11 3faf 8251 0b3f571c749d

Son xəbərlər
Digər xəbərlər