Ərdoğan Bakıdan Şuşaya yola düşdü – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı müşahidə edən avtomobil korteji bu gün səhər Bakıdan Qarabağa – Şuşaya yola düşüb.

Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.

Qeyd edək ki, R. T. Ərdoğan 28 il sonra Ermənistanın işğalından azad edilmiş Şuşada bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəsmi mərasimlə qarşılanacaq.

Azərbaycan Prezidenti ilə təkbətək görüşdən sonra sənədlərin imzalanma mərasimi olacaq. İmzalanma mərasiminin ardınca dövlət başçıları birgə mətbuat konfransı keçirəcək.

Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasına rəsmi səfərdə müşayiət edən nümayəndə heyətinə Türkiyənin müdafiə naziri Hulusi Akar, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun, Türkiyə Prezidentinin sözcüsü İbrahim Kalın, Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik, Ədalət və İnkişaf Partiyasının millət vəkili və NATO-da Türk Qrupu rəhbəri Osman Aşkın daxildir.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.