18 C
Baku
Çərşənbə, May 25, 2022

Ərdoğan: “Digər NATO ölkələrinin etmədiyini Ukrayna üçün etdik”

“Almaniya kansleri Olaf Şolts ilə Rusiya və Ukrayna ətrafında baş verənləri müzakirə etdik. NATO üzvü olan iki ölkə olaraq ortaq fikir və narahatlıqlarımızı təsdiqlədik. Daimi atəşkəsin əldə olunması üçün səylərimizi davam etdirəcəyik”.

Bunları Prezident Rəcəb Tayyib Ərdoğan Ankarada keçirdiyi mətbuat konfransında deyib.

Ərdoğan həm Rusiya Prezidenti Vladimir Putin, həm də ukraynalı həmkarı Volodimir Zelenski ilə dostluq münasibətlərinin saxlanmasının lazım olduğunu bildirib.

“Biz həm cənab Zelenski, həm də cənab Putinlə dostluğumuzu qorumalıyıq. Sanksiyalara gəlincə, BMT qaydaları çərçivəsində lazım olanı etdik. Rusiyaya baxmayaraq, NATO-ya digər üzv ölkələrin etmədiyini Ukrayna üçün etdik”, – Türkiyə lideri əlavə edib.

 

 

Son xəbərlər
Oxşar xəbərlər