8 C
Baku
Wednesday, October 30, 2024

Ərdoğan İtaliyanın Baş naziri ilə görüşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Ciorcia Meloni ilə görüşüb.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Liderlər “G 20”liyin İndoneziyanın Bali adasında keçirilən IX Zirvə görüşü çərçivəsində bir araya gəliblər.

Qeyd edək ki, R.T.Ərdoğan sammit zamanı ABŞ Prezidenti Cozef Bayden, Fransa Prezidenti Emmanuel Makron və Çin lideri Si Cinpinlə görüşüb.

Xatırladaq ki, C.Meloni bu ilin oktyabrında vəzifəyə gəlib. Ondan əvvəl İtaliyanın Baş naziri Mario Dragi idi.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər