9 C
Baku
Monday, December 9, 2024

Ərdoğan ölkədəki ikinci AES-in yerləşəcəyi yeri açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tamamlanan bir sıra infrastruktur layihələrinin açılış mərasiminə qatılıb.

Dövlət başçısı ölkədə inşa ediləcək ikinci atom elektrik stansiyasının böyük ehtimalla harada yerləşəcəyini açıqlayıb.

“Hazırda bizim 4 qazma gəmimiz və 2 seysmik tədqiqat gəmimiz var. Biz indi özümüzü bir çox sahədə təmin edirik. Buna görə də biz Akkuyu Atom Elektrik Stansiyasını tikirik. Akkuyuda bütün ehtiyaclarımızın 10 faizini qarşılayırıq. İqtidarımızın davamında ikinci atom elektrik stansiyasını da tikəcəyik. Bunu Sinopda inşa etmək ehtimalımız var”, – deyə Ərdoğan qeyd edib.

Son xəbərlər
Digər xəbərlər