13 C
Baku
Tuesday, May 21, 2024

Ərdoğan ona qarşı çıxan iş adamlarına “bizimlə mübarizə apara bilməzsiniz” deyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü Elmin Yayılması Fondu tərəfindən təşkil olunmuş “2021 Elm Yayma Mükafatları” mərasimində gündəmlə bağlı açıqlamalar verib. O, çıxışında Türkiyə Sənayeçiləri və İş Adamları Assosiasiyasının (TÜSAİD) “İqtisad elmi qaydalarına sürətlə geri qayıtmalıyıq” müraciətinə cavab verib. Ərdoğan “Ey TÜSİAD və övladları, sizin tək bir vəzifəniz var: investisiya, məşğulluq və artım. Hökumətə hücum etməyin yollarını axtarmayın, bizimlə mübarizə apara bilməzsiniz” deyib.

Bu çıxışın ardınca Özəl Sənayeçilər və İş Adamları Assosiasiyasından (MÜSAİD) hökümətin iqtisadi siyasətinə dəstək açıqlaması gəlib.

Qeyd edək ki, 2 gün əvvəl TÜSAİD ölkədəki son iqtisadi vəziyyətlə bağlı açıqlama yaymışdı. Ümumi olaraq qəbul edilmiş iqtisadi qaydalara tez bir zamanda geri qayıtmağın vacibliyinə diqqət çəkilən açıqlamada belə deyilirdi:

“Son dövrdə yaşadığımız qeyri-sabitliklər nəticəsində sınaqdan keçirilən iqtisadi proqram ilə hədəflənən nəticələri əldə edə bilməyəcəyimiz dəqiqləşdi. TÜSİAD olaraq, bu iqtisadi çərçivə cızılmadan əvvəl də, proses davam edərkən də erkən faiz endirimi ilə formalaşan siyasətlərin qeyri-sabitlik yaradacağına dair fikirlərimizi həm dövlət qurumları, həm də ictimaiyyət ilə dəfələrlə paylaşmışıq. Bu prosesin Türk Lirəsində kəskin ucuzlaşma, inflyasiyada sürətlənmə, investisiyaların, iqtisadi artımın və məşğulluğun azalması və ən önəmlisi ölkə olaraq yoxsullaşmağımz ilə nəticələnmə riskini vurğulamışdıq.

Beləliklə, yeni iqtisadi seçimlər çərçivəsində atılan addımlardan sonra etibarsızlıq və qeyri-sabitlik mühiti yaranıb. Biz görürük ki, Xüsusilə daxili bazarda xarici valyutaya tələb kəskin artdığını və bunun bütün mövcud iqtisadi tarazlıqları pozduğunu görürük.

Həyata keçirilən iqtisadi siyasət təkcə iş dünyası üçün deyil, bütün vətəndaşlarımız üçün yeni iqtisadi problemlər yaratmaqdadır. Uzunmüddətli perspektivdə daha böyük struktur problemlərinə səbəb olması riski artmışdır. Hətta bu ən çox faydalanacağı gözlənilən ixracatçılarımız da bu mühitdən zərər görməkdədir.

Bütün bunların nəticəsində, son dövrlərdə iqtisadiyyatda baş vermiş zərərin müəyyən edilib, ilk olaraq sərbəst bazar çərçivəsində bütün maraqlı tərəflərin dəstəyinin alındığı ümumi qəbul edilmiş iqtisad elmi qaydalarına qayıtmağın lazım olduğu aşkardır.

Biz artıq ölkəmizdə “deinstitutsionalizasiya” problemini qeyd etmişik və inkişafımız üçün lazımi yanaşmanı “Yeni bir anlayışla gələcəyin inşası: insanlar, elm, institutlar” adlı araşdırmamızda ictimaiyyətlə bölüşmüşük. Ölkəmizin iqtisadiyyatına fayda verəcək və proqnozlaşdırıla bilən, investisiya mühiti və inkişafa yol açacaq qaydalara əsaslanan siyasət həyata keçirməliyik. Atılacaq addımlar, xüsusilə institutların və qaydaların əhatəli və effektiv şəkildə gücləndirilməsi ölkəmizdə etimad mühitinin formalaşması üçün vacibdir. TÜSİAD olaraq bu istiqamətdə atılacaq doğru addımlara öz töhfəmizi verməyə hazırıq”.

Dünənki tədbirdə gündəmdəki faiz mövzusuna toxunan Ərdoğan çıxışında bunları deyib:

“Son 8 ildə yaşadığımız hər hadisənin sonunda iqtisadiyyat həmişə var idi. Biz faizləri aşağı salırıq, məndən başqa heç nə gözləməyin. Bir müsəlman olaraq, nə tələb olunursa, onu etməyə davam edəcəm. Hökm budur.

Başqa ölkələr həyata keçirəndə alqışlanan hər addım, Türkiyə cəhd edəndə məntiqsiz bir hücumla qarşılaşırıq. Faiz varlını daha da varlı, kasıbı daha da kasıb edən hökmü bizim üçün sıradan bir şey deyil.

Son 19 ildə atdığımız hər addımda qarşımıza qoyulan maneələrin arxasında hansı motiv dayanırsa, bu günlərdə baş verənlərin səbəbi də eynidir. Qiymət artımlarının insanlarımızın gündəlik həyatında yaratdığı problemləri, əlbəttə, bilirik. Amma biz terror təşkilatlarına, iğtişaşçılara müqavimət göstərdiyimiz kimi bunlara da müqavimət göstərəcəyik.

Biz bu ölkəni vətənini dollar qarşılığında satanların əlində qoymamışıq, qoymayacağıq”.

Çıxış zamanı Prezident, həmçinin, TÜSAİD-ə cavab verib:

“Ey TÜSİAD və  övladları, sizin tək bir vəzifəniz var: investisiya, məşğulluq və artım. Hökumətə hücum etməyin yollarını axtarmayın, bizimlə mübarizə apara bilməzsiniz. Biz sizin cinsinizi də, soyunuzu da yaxşı bilirik. Sizin dərdiniz başqadır. Siz “görəsən, bu höküməti necə çökdürüb istismar edəcəyimiz höküməti hakimiyyətə gətirərik” deyə düşünürsünüz.

Biz məzənnənin sabitliyini  bazarın özünün işləməsi çərçivəsində  təmin edəcəyik. İqtisadiyyatda belə bir ifadə var: “Çay öz yatağında axır”.

Türkiyə iqtisadiyyatı indiyə qədər olduğu kimi azad bazar iqtisadiyyatı qaydalarına uyğun şəkildə yoluna davam edəcək.

Bazar ertəsindən etibarən maliyyə dünyasında çətinliklər olacaqmış – bunu ancaq xəyanətkarlar deyər. Narahat olmayın, belə bir vəziyyət yoxdur. Biz dimdik ayaqdayıq”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər