37 C
Baku
Tuesday, August 16, 2022

Ərdoğan Özbəkistana gedir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Özbəkistan prezidenti Şevkat Mirziyoyevin dəvəti ilə martın 29-30-da Özbəkistana rəsmi səfər edəcək.

Səfər çərçivəsində Türkiyə və Özbəkistan arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci toplantısı keçiriləcək.

Ərdoğan və Mirziyoyevin sədrliyi ilə Daşkənddə müvafiq nazirliklərin iştirakı ilə keçiriləcək Şura toplantısında Türkiyə ilə Özbəkistan arasındakı strateji tərəfdaşlıq səviyyəsi nəzərdən keçiriləcək və atılacaq addımlar müzakirə olunacaq.

Həmçinin, iki ölkə arasındakı əməkdaşlığın daha da dərinləşdirilməsi üçün lazımi tədbirlər müzakirə ediləcək.

Görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılacaq.

Səfər çərçivəsində müxtəlif müqavilə və anlaşma memorandumlarının imzalanması da gözlənilir.

 

 

Son xəbərlər
Oxşar xəbərlər