20 C
Baku
Bazar ertəsi, May 23, 2022

Ərdoğan prezident səlahiyyətlərini vitse-prezidentə təhvil verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz səlahiyyətlərini vitse-prezident Fuat Oktaya təhvil verib.

Bu barədə “Resmi gazete” qəzetində dərc olunan qərarda deyilir.

Qeyd olunur ki, bu addım R.T.Ərdoğanın Ukraynaya səfəri ilə əlaqədar atılıb.

Xatırladaq ki, bu gün Rəcəb Tayyib Ərdoğan Ukraynaya səfərə yollanır. R.T.Ərdoğanın Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü planlaşdırılır.

Qeyd edək ki, ötən gün Ukraynanın baş naziri Denis Şmıqal iki ölkə arasında fevralın 3-də Azad Ticarət Zonası sazişi də daxil olmaqla dövlətlərarası 12 saziş imzalanacağını bildirmişdi.

Son xəbərlər
Oxşar xəbərlər