12 C
Baku
Sunday, March 3, 2024

Ərdoğan-Putin danışıqlarında müzakirə ediləcək məsələlər açıqlanıb

Rusiya-Türkiyə danışıqlarında müzakirə ediləcək məsələlər açıqlanıb.

Təfərrüatlar barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Kanal 7″nin efirində bildirib.

Kalın deyib ki, prezident Rəcəb Tayyib Ərdoğanın avqustun 5-ə planlaşdırılan Soçi səfəri zamanı rusiyalı həmkarı Vladimir Putinlə görüşündə taxıl daşınması müqaviləsi, ərzaq təhlükəsizliyi və Qara dənizdə gəmilərin hərəkəti məsələləri müzakirə olunacaq.

Türkiyə Prezidentinin sözçüsü Rusiya ilə ikitərəfli münasibətlərə də toxunub:

“Hər kəs Rusiya ilə körpüləri qırsa, onunla kim danışacaq, kim vasitəçi olacaq, kim əlaqə yaradacaq, bu razılaşmaları kim edəcək? Mən bunları Qərb ölkələrinə dedim. Bunun nəticəsini görürük. Taxıl daşınması ilə bağlı razılaşma bu danışıqların gedişatıdır. Ruslarla körpüləri tamamilə qırsaydıq, bu gəmiçilik müqaviləsini bağlamaq olardımı? Yox”.

Son xəbərlər
Digər xəbərlər