3 C
Baku
Saturday, February 24, 2024

Ərdoğan Putin və Zelenski ilə Ukraynada nizamlanmanı müzakirə edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çərşənbə günü rusiyalı və ukraynalı həmkarları Vladimir Putin, Volodimir Zelenski ilə telefon danışığı aparmağı planlaşdırır.

Bu barədə çərşənbə axşamı Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

“Sabah Prezidentimiz Putin və Zelenski ilə telefonla danışmağı planlaşdırır”, – o, NTV telekanalının efirində deyib.

Kalının sözlərinə görə, Ərdoğan Rusiya Federasiyası və Ukrayna prezidentləri ilə Ukrayna böhranının nizamlanmasını müzakirə etmək niyyətindədir.

Son xəbərlər
Digər xəbərlər