26 C
Baku
Çərşənbə, Sentyabr 22, 2021

Ərdoğan Putinlə Əfqanıstanı müzakirə edib

Screen Shot 2021 09 02 at 14.34.20

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə  Kremlin mətbuat xidmətinə istinadən xəbər verir.Danışıq əsnasında ikitərəfli əlaqələr, Əfqanıstanda baş verən hadisələr və bölgədəki digər məsələlər müzakirə edilib.

Tərəflər Əfqanıstanda sabitliyin təmin edilməsi, asayişə və qanuna ciddi riayət olunmasının vacibliyini qeyd ediblər.

Terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə vəzifələrin prioritet xarakter daşıdığı vurğulanıb. Prezidentlər Əfqanıstan məsələsində ikitərəfli koordinasiyanı gücləndirmək barədə razılığa gəliblər.

Liderlər Türkiyədə yanğını söndürərkən qəzaya uğrayan Rusiya təyyarəsində həyatını itirən türk və rus ekipajının ailələrinə qarşılıqlı başsağlığı veriblər.

 

 

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər