4 C
Baku
Monday, December 5, 2022

Ərdoğan Putinlə görüşə bilər

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan G-20 liderlərinin İndoneziyanın Bali şəhərində keçiriləcək sammiti çərçivəsində Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşə bilər.

Bunu Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahid Kirişçi bildirib.

Onun sözlərinə görə, əgər görüş baş tutarsa, dövlət başçılarının Rusiya və Ukraynadan taxıl ixracı məsələsini müzakirə edəcəkləri gözlənilir.

Xatırladaq ki, G-20 liderlərinin sammiti noyabrın 13-14-də Balidə keçiriləcək.

Son xəbərlər
Digər xəbərlər
X