18 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

Ərdoğan Rusiyaya yola düşüb

faizlere

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərinə səfərə yola düşüb.

Bu gün adıçəkilən şəhərdə R.T.Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında görüş olacaq.

Liderlərin Zirvə toplantısının proqarmında heyətlərarası görüş nəzərdə tutulmayıb.

Bildirilib ki, prezidentlər təkbətək görüşəcək və Suriyadakı vəziyyəti müzakirə edəcək.

R.T.Ərdoğan Suriyanın Tel Rıfat və Minbicdəki terrorçu PKK silahlı qruplaşmasının varlığına diqqəti çəkəcək.

Məlumata görə, Türkiyə Prezidenti tərəflər arasında Qazaxıstanın paytaxtı Astanada əldə edilən razılaşmalara uyğun olaraq həmin bölgələrdə terrorun mövcudluğuna son qoyulmasını vurğulayacaq.

2019-cu ilin oktyabrında Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında Soçidə keçirilmiş görüşdə terrorçu PKK/YPG-nin Fərat çayından 30 km cənuba çəkilməsi barədə razılıq əldə edilib. Ancaq indi vəziyyət rəsmi Ankaranın gözlədiyindən uzaqdır.

Rusiyanın nəzarəti altında olan Suriyadakı bölgələrdən son zamanlar Türkiyəyə yönəlik hücumlar edilir. Türkiyə lideri bu məsələdə ölkəsinin narahatlığını və hücumların qarşısının alınmasını rusiyalı həmkarının diqqətinə çatdıracaq.

2017-ci ildən indiyədək Ankara və Moskva Suriyanın İdlib əyalətində vəziyyətə xüsusi diqqət ayrır. İdlib ətrafındakı humanitar fəlakətin qarşısını almaq məqsədi ilə bölgədəki terror təşkilatlarının məhv edilməsi üçün danışıqlara başlanmışdı. 2018-ci il sentyabrın 17-də liderlərin Soçidə keçirilən görüşdə imzaladığı anlaşma bu istiqamətdə mühüm bir addım olub. Bunun sayəsində Rusiya və Dəməşq rejimi bölgədəki hücumların qarşısını bir müddət ala bildi. Ancaq Bəşşar Əsəd imzalanan müqavilənin tez-tez pozurdu. Bunun qarşısının alınması məqsədi ilə Ərdoğanla Putin Moskvada görüşdü.

Son 3 ildə İdlib əyaləti Türkiyə ilə Rusiya arasında əlaqələrin ən kritik məsələsidir. Liderlər əlaqələrin qarşısındakı maneəni aşmaq üçün xüsusi diplomatik xidmət yürütdülər. Odur ki, məsələ Soçi görüşündə yenidən müzakirə ediləcək.

Sammitdə regional və qlobal məsələlər, o cümlədən Liviya və Əfqanıstandakı vəziyyəti müzakirə olunacaq, Türkiyə-Rusiya əlaqələri nəzərədən keçiriləcək.

R.T.Ərdoğanı səfərdə Milli İstihbarat (Kəşfiyyat) Təşkilatının rəhbəri Hakan Fidan, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun və Prezidentin sözçüsü İbrahim Kalın müşaiyət edir.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər