26 C
Baku
Saturday, July 27, 2024

Ərdoğan: “Taxıl müqaviləsi diplomatik uğur kimi tarixə düşüb”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, taxıl müqaviləsi diplomatik uğur kimi tarixə düşüb, Banker.az bu barədə TASS-a istinadən xəbər verir.

Türkiyə lideri həmçinin bildirib ki, Qara dəniz taxıl təşəbbüsü ərzaq böhranının qarşısını alıb.

Xatırladaq ki, daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, taxıl sövdələşməsinə dair sazişlər bu gün faktiki olaraq dayandırılıb.

Rusiya qərarı ilə bağlı Türkiyə, Ukrayna və BMT-ni xəbərdar edib. Bu ölkələrin və təşkilatın iştirakı ilə 2022-ci ilin iyulunda iki sənəd – Ukraynanın üç limanından (Çernomorsk, Odessa və Yujnı) taxıl ixracı üçün dəhlizin yaradılması və taxılın ixracı qarşısındakı maneələrin aradan qaldırılması haqqında sənəd imzalanıb. Müqavilə bir neçə dəfə uzadılıb.

Son xəbərlər
Digər xəbərlər