4 C
Baku
Çərşənbə axşamı, Noyabr 30, 2021

Ərdoğan türkdilli ölkələri müstəqil KİV yaratmağa çağırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsinin mediada necə işıqlandırıldığını tənqid edərək, türkdilli ölkələri müstəqil informasiya sistemi və KİV yaratmağa çağırıb.

Banker.az xəbər verir ki, “Nəzarətsiz fəaliyyət göstərən sosial şəbəkələr demokratiyanı, cəmiyyəti və dövlətlərin milli təhlükəsizliyini təhdid edir. Ölkələrimiz müstəqil informasiya sistemi və KİV formalaşdırmalıdırlar”, – deyə Ərdoğan Türk Şurası media forumunun iştirakçılarına müraciətində söyləyib.

O, qərb mətbuatını 2020-ci ilin payızında Qarabağda baş verən hərbi münaqişənin işıqlandırılmasında ikili standartlara yol verilməsində ittiham edərək, bunu “informasiya embarqosu”nun ilk və son nümunəsi adlandırıb.

“Qarabağ münaqişəsi zamanı şahidi olduğumuz ikili standartlar, ölkələrimiz üçün dezinformasiya və yalanlarla mübarizə mövzusunun əhəmiyyətini bir daha təsdiq edib”, – deyə prezident əlavə edib.

O, türkdilli ölkələrin strateji sahədə, o cümlədən mediada təhlükələri müstəqil şəkildə aradan qaldırmalı olduğunu vurğulayıb.

Xatırladaq ki, 2009-cu ilin oktyabrında yaradılan Türk Şurasının əsas məqsədi türkdilli dövlətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir. Təşkilatın tərkibinə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan daxildir. Müşahidəçi qismində Macarıstan çıxış edir.

Son xəbərlər
Oxşar xəbərlər
X