25 C
Baku
Saturday, July 27, 2024

Ərdoğan: “Türkiyə Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacaq”

Türkiyə Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayacaq.

Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CNN-ə müsahibəsində bildirib.

“Biz Qərbin sanksiyalarına bağlı deyilik. Biz güclü dövlətik və Rusiya ilə müsbət münasibətimiz var”, – o deyib.

Türkiyə Prezidentinin sözlərinə görə, “Taxıl sazişi”nin müddətinin daha 2 ay uzadılması məhz onun rusiyalı həmkarı Vladimir Putinlə münasibətlərinə görə mümkün olub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər