10 C
Baku
Bazar, Dekabr 5, 2021

Ərdoğan: “Türkiyənin səbri tükənmək üzrədir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı “terror hücumları” səbəbindən səbrinin tükəndiyini açıqlayıb.

Banker.az xəbər verir ki, “Yaxın gələcəkdə Suriyadan gələn təhlükələri təkbaşına aradan qaldırmaq üçün lazımi addımları atacağıq”, – deyə siyasətçi bildirib.

Türkiyənin Müdafiə Nazirliyinin rəhbəri Hulusi Akarın cümə axşamı günü dediyi kimi, ölkənin silahlı qüvvələri raket hücumları vasitəsilə Suriyanın şimalında beş terrorçunu məhv edib.

Qeyd edək ki, Türkiyə ordusu 2016-2019-cu illərdə Suriyanın şimalında üç əməliyyat keçirib – “Fərat qalxanı”, “Zeytun budağı” və “Sülh mənbəyi”. Dəməşq dəfələrlə Ankaranın sərhəd bölgəsində silahlı qüvvələrin olmasını qanunsuz adlandırıb və qoşunların geri çəkilməsini tələb edib.

Son xəbərlər
Oxşar xəbərlər
X