26 C
Baku
Saturday, July 27, 2024

Ərdoğan üçüncü dəfə prezidentiyə namizəd olmayacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən seçiləcəyi təqdirdə üçüncü dəfə prezidentliyə namizəd olmayacağını bildirib.

O, bu barədə CNN telekanalına müsahibəsində bildirib .

Ərdoğan qeyd edib ki, Türkiyədə mövcud qaydalara əsasən, prezident yalnız iki dəfə seçilə bilər və onun ilk səlahiyyət müddəti başa çatıb.

Türkiyə lideri aparıcının 2033-cü ilə qədər ölkəyə rəhbərlik etməyi planlaşdırıb-planlamaması ilə bağlı sualını cavablandırarkən, “İkinci müddətə yenidən seçilməklə bu proses uğurla başa çatacaq” deyə prezident bildirib.

Son xəbərlər
Digər xəbərlər