31 C
Baku
Saturday, July 20, 2024

Ərdoğan: Ukrayna ərazilərində keçirilən “referendum” diplomatik səylərə mane olur

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Prezidentinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, liderlər Rusiya ilə Ukrayna arasındakı müharibəni müzakirə ediblər.

Bundan başqa, Ərdoğan əsir mübadiləsi prosesinin uğurla başa çatmasından məmnunluğunu ifad edib. Türkiyə lideri söyləyib ki, Ukraynanın Rusiyanın nəzarəti altında olan bəzi ərazilərində “referendum”un təşkili diplomatik səylərə mane olur. Ərdoğan müharibənin sülh yolu bitməsi üçün hər cür töhfəni verməyə hazır olduğunu deyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər