32 C
Baku
Wednesday, July 24, 2024

Ərdoğan yaxın vaxtlarda Putinlə Taxil sazişi ilə bağlı danışıqlar aparacağını açıqlayıb

Taxıl sazişinin dayandırılması bəzi regionlarda ərzaq qiymətinin artımına, aclığa və yeni miqrasiya dalğalarına səbəb olacaq.

Bunu Şimali Kipr Türk Respublikasına səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə Prezidenti Rusiya ilə münasibətlərinin normal olduğunu və həm XİN, həm də Türkiyə Kəşfiyyat Təşkilatı (MİT) səviyyəsində danışıqların davam etdirildiyini qeyd edib.

“Bu danışıqların nəticəsi kimi bu məsələni tezliklə cənab Putinlə müəyyən yerə bağlayacağıq. Rusiyanın da müəyyən gözləntiləri var. Əgər bunlar olarsa, Rusiyanın bu mövzuda aktiv fəaliyyət göstərməsinin şahidi olacağıq. İnanıram ki, məsələni cənab Putinlə ətraflı müzakirə etməklə biz bu humanitar hərəkatın davamını təmin edəcəyik”.

Ərdoğan Taxıl sazişi vasitəsilə dünya bazarlarına 33 milyondan çox taxıl göndərildiyini də vurğulayıb.

“Bununla da, biz pandemiya və iqtisadi böhrandan sonra nəticələri daha ağır olacaq qlobal ərzaq böhranının qarşısını aldıq”.

Türkiyə lideri Putinin avqustda Türkiyəyə edəcəyi səfərdə də sözügedən məsələni müzakirə edəcəklərini əlavə edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər