12 C
Baku
Monday, April 15, 2024

Ərdoğan zəlzələnin baş verdiyi Hatay bölgəsinə səfər edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fevralın 6-da zəlzələnin baş verdiyi Hatay bölgəsinə səfər edib.

Məlumatı “Anadolu” agentliyi yayıb.

Bildirilib ki, onunla birlikdə Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli də Hatay bölgəsindədir.

Məlumata görə, R.T.Ərdoğan həmçinin Kahramanmaraşa gedərək oradakı vəziyyətlə tanış olacaq.

Qeyd edək ki, R.T.Ərdoğan zəlzələ bölgəsinə ABŞ-ın dövlət katibi Entoni Blinkenlə bugünkü görüşündən sonra gedib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər