5 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Ərdoğanla İlon Maskın görüşü oldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Tesla” və “Space X”in qurucusu İlon maskla videoformatda görüş keçirib.

 

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, görüş zamanı Türkiyədəki dövlət və özəl sektor qurumları ilə şirkət arasında müxtəlif sahələrdə, xüsusilə peyk və kosmik texnologiyalar sahəsində əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib.

 

O cümlədən, elektriklə işləyən avtonom avtomobillər və rəqəmsal iqtisadiyyat məsələləri müzakirə edilib, uzunmüddətli investisiyalar və mövcud əməkdaşlığın təkmilləşdirilməsi istiqamətində atılan addımlar qiymətləndirilib.

Görüşdə Türkiyənin yerli elektrik avtomobili TOGG-nin litium batareyaları ilə bağlı atılacaq ortaq addımlar, TÜRKSAT 5-B peykinin kosmosa buraxılması prosesi də müzakirə edilib.

Prezident Ərdoğan görüş zamanı Türkiyənin Milli Kosmos Proqramı çərçivəsində həyata keçirdiyi digər işlərə də diqqət çəkib.

Son xəbərlər
Oxşar xəbərlər