31 C
Baku
Wednesday, August 10, 2022

Ərzaq çatdırılması ilə məşğul olan “Instacart” xidmətinin qurucusu milyarderə çevrildi

Ərzaqların çatdırılması ilə məşğul olan “Instacart” xidmətinin qurucusu milyarderə çevrilib. Şirkətin verdiyi məlumata görə, 11 iyun tarixində maliyyə raundu zamanı təxminən 225 milyon dollar cəlb edilib.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

Bundan sonra şirkətin dəyəri 7,9 milyard dollardan 13,7 milyard dollara yüksəldi, onun 33 yaşlı direktoru Apurva Meta isə milyarderə çevrildi.

Qeyd edildiyi kimi, Metanın şirkətdəki payı 10% təşkil edir, buna görə onun sərvəti 1,2 milyard dollar dəyərində qiymətləndirilə bilər. “Instacart” bununla bağlı heç bir fikir bildirməyib.

“Instacart” xidmətinin köməyi ilə istifadəçilər almaq istədikləri məhsulları onlayn seçib sifariş edə bilərlər. Sifariş təsdiqləndikdən sonra kuryer məhsulları qablaşdırır və müştərinin evinə çatdırır. Hazırda ABŞ və Kanada sakinlərinin 85%-dən çoxu bu xidmətdən istifadə edə bilər.

Bildiyimiz kimi, Covid-19 pandemiyasının başlamasından bəri “Instacart” xidmətinə tələb sürətlə artmağa davam edib. Şirkətdən verilən məlumata görə, son 12 ayda sifarişlərin həcmi 500%, müştərilərin xərcləri isə 35% artıb.

O vaxtdan bəri “Instacart” ın coğrafiyası xeyli genişlənib. Əvvəllər şirkətin xidmətləri yalnız San-Fransiskoda mövcud idisə, indi onlardan Şimali Amerikanın 5500-dən çox şəhərinin sakinləri istifadə edə bilər. “Instacart” şirkəti “Albertsons”, “Publix”, “Kroger” və “Sam’s Club” daxil olmaqla, 30 mindən çox ərzaq mağazası ilə tərəfdaşlıq edir.

2012-ci ildə istifadəyə verildiyi vaxtdan bəri “Instacart” 2,2 milyard dollarlıq maliyyə cəlb edib. Xidmətin investorları sırasına “Andreessen Horowitz”, “Sequoia Capital” və “Kleiner Perkins” da daxil olmaqla yüzlərlə məşhur vençur fond daxildir.

Son xəbərlər
Oxşar xəbərlər