8 C
Baku
Wednesday, October 30, 2024

Ərzaq mağazalarının fırıldaqçılıq cəhdləri

“Azərbaycandakı müştərilərə müxtəlif şəkillərdə təsir etmək mümkündür. Lakin bunun ən parlaq və geniş yayılmış üsulu məhsulun həcminin azaldılması və onun əvvəlki dəyərinin saxlanılmasıdır. Bu halda müştərilər adətən heç bir dəyişiklik hiss etmir”. Bunu Azərbaycan Azad İstehlakçılar Birliyi-nin rəhbəri Eyyub Hüseynov bildirmişdir.

 “Buna ən yaxşı nümunə olaraq Tarif şurası tərəfindən qiyməti tənzimlənməyən çörəyi göstərə bilərik. Çörək strateji məhsuldur və dövlət onun qiymətinin sabitliyində maraqlıdır. Lakin istehsalçılar vəziyyətdən çıxış yolu tapmışlar. Onlar sadəcə olaraq məhsulun həcmini azaldırlar. Düzdür məhsulun həcmini azaltmağın başqa digər üsulları da mövcuddur”.

Eyyub Hüseynov həmçinin qeyd etmişdir ki, satıcılar alıcıların keçmiş vərdişlərindən istifadə edirlər.  Belə ki, Sovet dövründə insanlar şəkər tozunu kiloqramlıq paketlərdə əldə edirdilər. Onlar belə vərdiş etmişlər ki, belə paketlərdə hələ də 1 kiloqramlıq məhsul satılır. Əslində isə burada məhsulun çəkisi 800 qramdır.

Son xəbərlər
Digər xəbərlər