21 C
Baku
Şənbə, Sentyabr 18, 2021

Ərzaqlıq buğdanın idxal qiymətinə təsirini azaltmaq üçün subsidiyanın müddəti uzadılıb

Screen Shot 2021 09 02 at 14.34.20

Nazirlər Kabineti “Ərzaqlıq buğdanın idxal qiymətinin artmasının ölkə daxilində satılan un və un məmulatlarının qiymətinə mənfi təsirlərinin azaldılması ilə bağlı əlavə tədbirlər haqqında” qərar qəbul edib.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, mayın 1-dən sentyabrın 1-dək un istehsalı ilə məşğul olan şəxslərə satılan unun hər tonuna görə İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən olunacaq qaydada 35 manat subsidiya ödəniləcək.

Qeyd edək ki, bundan əvvəl müddət fevralın 1-dən mayın 1-dək nəzərdə tutulmuşdu.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər