21 C
Baku
Şənbə, Sentyabr 18, 2021

Əsəblərini 60 saniyəyə cilovla

Screen Shot 2021 09 02 at 14.34.20

Həyatı gur axan çaya bənzətmək olar, o müxtəlif qayalara daşlara çırpılaraq axır, qarşına çıxanı yuyur, astanalara rast gəlir.

Bəzən gözlənilməz hadisələr adət etdiyimiz həyat axarını pozur, bizi qıcıqlanmağa, əsəbləşməyə, həyəcanlanmağa məcbur edir, stress yaradır. Amma indi sizin ixtiyarınızda düz 3 üsul vardır ki, onlar cəmi 60 saniyə ərzində ruhi-sakitliyinizi sizə geri qaytarmaq iqtidarındadır.

Əsəblərin sakitləşməsi üçün ilk üsul

Beyində yaradılmış virtual obraz sizə cəld şəkildə sakitləşməyə kömək edəcək. Bizi əhatə edən dünya haqqındakı informasiyanın böyük bir hissəsi insanlara nəzərlə (baxışlarla) ötürülür. Alimlər hesab edir ki, beyni ən yaxşı sakitləşdirən vasitə ağ rəngin və suyun ahəngindən ibarət obrazdır.

Cəld şəkildə sakitləşmək üçün rahat oturub, bədəni boşaltmaq gərəkdir, sonra isə rəvan şəkildə nəfəs almağa davam edin, sonra isə gözünüzü yumub soyuq ağ su təsəvvür edin (məhz ağ su, şəffaf deyil). Bu suyun sizin qulaqlarınıza necə toxunduğunu təsəvvür edin, onun sərinliyini hiss edin. Su üzünüzə, çiyninizə, sinənizə axır, vücudunuzu tamamı ilə isladır, təpədən dırnağa qədər. Bu sərinlikdən 30 saniyə zövq alın, daha sonra isə suyun astaca axıb, çanağa getdiyini təsəvvür edin. İndi həmin su ilə birlikdə sizin bütün stressiniz və problemləriniz axıb, çanağın dəliyinə gedir. Dərindən nəfəs alın və gözlərinizi açın.

İkinci üsul

Tək olacağınız bir yerə çəkilin, məsələn hamam otağı. Qalstuku çıxarın. Köynəyinizin yuxarı düymələrini açın. Soyuq su kranını açın. Əllərinizi isladın və ehmalca ovuclarınızı yaş edərək boğazınıza toxunun. Boynunuzu ovxalayın, sonra çiyinlərinizi sıxın, tədricən tətbiq etdiyiniz gücü artırın, sonra isə azaldın. Onu yumşaldın və masajı yüngülcə toxunuşlar ilə başa çatdırın. Boynunuza daha bir dəfə soyuq su çiləyin.

Üçüncü üsul

Dərindən havanı alıb-buraxın. Əlinizə bir parça götürün (möhkəm dəsmal və ya yun ədyal), onu sıxıb, bükün, var gücünüzlə sıxın, sanki, parça yaş olub və onun suyunu sıxırsınız. Parça mütləq quru olmalıdır. Onu var gücünüzlə sıxmağa davam edin. Bütün əzələləriniz maksimal dərəcədə gərilsin. Daha sonra isə birdən-birə boşalın, əllərinizi açın, qoy dəsmal yerə düşsün, bütünlüklə bədəninizin, xüsusən də qollarınızın və boynunuzun rahatlaşmasını hiss edəcəksiniz.

Bu çətin olmayan tapşırıqlar, sizə imtahandan, görüşlərdən, iş müsahibəsindən və ya vacib çıxışdan qabaq sakitləşməyə və rahatlaşmağa kömək edəcək. Bununla yanaşı yadda saxlayın ki, bu həyatda öz sizin hüceyrələrinizi qurban etməyə dəyəcək çox az məfhum vardır.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər