17 C
Baku
Bazar, Sentyabr 19, 2021

Əsas hissəsi Vəliyevaya məxsus “Brand Credit” ötən ildə mənfəətini kəskin artdı

Screen Shot 2021 09 02 at 14.34.20

Xanım, iş adamı Yeganə Vəliyevanın “Brand Credit” Bank Olmayan Kredit Təşkilatı MMC-yə 1 milyon manat kapital yatırımından sonra biznes güclənib.

Banker.az bunu bank olmayan kredit təşkilatının (BOKT) maliyyə audit hesabatına istinadən xəbər verir.

BOKT 2020-ci ildə müştərilərə verdiyi kredit portfelini 2 609 min manatdan (və ya qısaca 2.61 mln. manat) 4 265 min manata qədər yüksəltmişdir. “Brand Credit” kreditlərin 4 591 min manatını istehlaka (2019-da: 2 457 min manat), 57 min manatı ticarətə (320 min manat), 25 min manatı daşınmaz əmlaka (34 min manat) və 29 min manatı avtomobillərə ( 55 min manat) verilmiş kreditlər təşkil edir.

Beləliklə BOKT-un kredit portfeli 99% ilə istehlak krditlərindən təşkil edilir.

Aktivlərin qalan 370 min manatı əmlak və avadanlıqlar, 220 min manatı aktivdən istifadə hüququ, 172 min manatı satış üzrə aktivdən istifadə hüququ olan uzunmüddətli aktivlər olmuşdur.

Aktivlərin 1 yanvar 2021-ci il tarixinə həcmi  5 144 min manatdır.

BOKT-un müddəti borc öhdəliklərinin həcmi 1 200 min manatdan 1 301 min manata qədər və emissiya etdiyi istiqrazlar üzrə 1 360 min manatdan 1 395 min manata qədər öhdəlikləri artmışdır. Hesabat ilində əlavə 201 min manat icarə və 15 min manat təxirə salınmış vergi öhdəliyi və 42 min manatlıq mənfəət vergisi öhdəliyi yaranmışdır.

GƏLİRLƏR ARTIB

“Brand Credit” BOKT ötən hesabat ilində 1 447 min manatlıq faiz gəliri, 109 min manat faiz xərci etmişdir. Bu da 1 337 min manatlıq xalis faiz gəliri, illik müqayisədə isə 74% artım deməkdir.

BOKT-un inzibati xərcləri 2019-da 364 min manat olduğu halda, 2020-də bu 531 min manata qədər yüksəlib. 176 min manatlıq isə problemli kreditlər üzrə ayırma edib.

Beləliklə, BOKT-un bütün gəlir və xərcləri fərqindən 607 min manatlıq mənfəət qalıb. Bu mənfəətdən isə kredit təşkilatı 56 min manatdan çox gəlir vergisi ödəyib.

Nəticədə BOKT 550 min manatlıq xalis mənfəət əldə edib. Ötən il xalis mənfəət 6 min manata yaxın idi.

Xalis mənfəət isə öz növbəsində bank olmayan bu təşkilatın 325 min manatlıq illərin yığılmış zərərini 226 min manatlıq bölüşdürülməmiş mənfəətlə əvəzlədib.

“Brand Credit” BOKT 2011-ci ildə təsis edilib, 1 900 min manat nizamnamə kapitalına sahibdir. Kapitalının 75%-i Yeganə Vəliyevaya, qalan 22%-i Əli Hüseynova və 3% isə Şəbnəm Vəliyevaya məxsusdur.

Y.Vəliyeva 2020-ci ilin yayında bu BOKT-a 1 mln. manatlıq kapital yatırıb, buna qədər onun payı təşkilatda cəmi 47% təşkil edirdi.

b66 123iu12

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər