28 C
Baku
Saturday, July 27, 2024

“Əsl çətinlik nədir?”

Bir biznesmen Cənubi Afrikadan nəhəng bir almaz alır. Lakin o almazın içərisində nəhəng çatın olduğunu gördükdə çox təəssüflənir və bu kömək üçün zərgərə müraciət edir. Zərgər isə almazın gözəlliyindən heyran olaraq deyir:

— Bu qiymətli daşı iki hissəyə bölmək olar, belə olduqda iki mükəmməl brilyant alınacaq ki, onların hər biri bu almazın özündən daha baha olacaq. Lakin problem ondadır ki, ən kiçicik ehtiyatsız zərbə ilə təbiətin bu mükəmməl gözəlliyini lap kiçik parçalara bölmək olar və belə olduqda onun heç bir dəyəri qalmayacaq. Mən bu riski gözə ala bilmərəm.

Dünyanın müxtəlif ölkələrindəki zərgərlər də eyni cavabı verirlər. Belə olduqda biznesmenə Amsterdamda yaşayan məşhur və qoca zərgərə müraciət etməsini məsləhət görürlər.

Biznesmen mümkün olan ilk anda Amsterdama üz turur və məsləhət görülən yaşlı zərgəri tapır. Qiymətli daşı monokl ilə nəzərdən keçirən zərgər dəfələrlə qeyd edilən risk barədə danışmağa başlayır. Zərgərin sözünü yarıda qoyan biznesmen bu risk barədə artıq dəfələrlə eşitdiyini deyir. Zərgər işin qiymətini deyərək onu icra etməyə razılıq verir.

Almazın sahibi zərgər ilə razı olduğunu dedikdə zərgər onlardan bir az aralıda əyləşən və öz işi ilə məşğul olan şagirdini yanına çağırır. Daşı əlinə alan şagird cəmi 1 dəfə çəkic ilə almaza zərbə endirir. Bir zərbə ilə almazı iki hissəyə bölən şagird bir söz demədən onu zərgərə qaytarır.

Heyrətlənmiş biznesmen soruşur:

— Neçə müddətdir o sizdə işləyir?

— Cəmi 3 gündür. O bu daşın əsl qiymətini bilmir və baş verəcək riskdən də xəbəri yoxdur. Buna görə də o həyəcan hiss etmədi.

Həyatınızdakı bütün çətinliklərə asan həll olunan məsələ kimi yanaşın və öz beyninizdə məğlubedilməz düşmənlər və çətinliklər yaratmayın.

Son xəbərlər
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.