18 C
Baku
Thursday, May 23, 2024

Əsl liderlər üçün qaydalar

1. Hədəfləri təyin edin. Bütün sahələrdəki hədəfləriniz aydın olmalıdır.

2. Şəraitlə dil tapmağa, yola getməyə çalışın, şəraitin sizə güzəştə gedəcəyini gözləməyin.

3. Həyatda yumor ilə yaşayın. Dərs almayacağınız məsələlərə sadəcə gülmək olar. 

4. Eksperimentlər edin. Öz üzərinizdə, sizi əhatə edən insanlar üzərində, tale üzərində. Uğursuzluqlar yaddan çıxacaq, qələbələr isə tarixə düşə bilər.

5. Birgə ideyanız və əməyiniz nəticəsində əldə olunan uğurun zəhmətini və sevinci digərləri ilə də paylaşın. Komandanın qabağında getmək əlbəttə ki, çox vacibdir. Amma bəzən onların yanında getməyi də bacarmaq lazımdır.

6. Optimist olun, həmişə özünüzə belə bir sual verin: “Bəs alınsa, onda necə?”

7. Şəxsi qaydalarınızı yaradın və onlara görə yaşayın. Oyunda hamıdan yaxşı oynayan deyil, oyunun qaydalarını müəyyən edən tərəf qalib gəlir.

8. Özünüzə və sizin arxanızca gedən insanlara inanın.

9. İnsanları sevin, onların yarı qismi sizə bunun qarşılığında heç nə verməyəcək, digər yarı isə sizdən gördüyü sevginin üçqat cavabını verəcək.

10. “Mən necə daha çox öyrənə bilərəm” – deyərək, hər gün özünüzə sual verin. Sabah bu gündən daha yaxşı olacaq, yalnız o təqdirdə ki, siz özünüzü sabah indikindən daha yaxşı olasınız. Ya da daha sərt desək, əgər siz yaxşılığa doğru dəyişməsiniz, əksinə pisliyə doğru getmiş olacaqsınız.

11. Öz bacarıqlarınızı tanıyın və öz həyatınızı onların ətrafında qurun. Digər insanlara öz bacarıqlarını müəyyən etməyə kömək edin.

12. Öz işinizin bir hissəsini digər insanlara həvalə edin. Bütün işi öz üzərinə götürmək, hətta bütün pulu özünə saxlamaqdan da böyük günahdır.

13. Öz gününüzü planlaşdırın. Liderlər özləri öz gününü planlaşdırır. Həmçinin də digər insanların əvəzinə planları onlar qurur.

14. Eyni biliyə görə iki dəfə pul ödəməyin. Sizdən öncə başqa insanların cavabının axtarışına ömrünü sərf etdiyi sualın, cavabının axtarışına, bütün həyatınızı sərf etməyin. Digər insanların ideyalarını alın. Xəsislərin heç də həmişə iki dəfə xərcə düşmək olmur, ən pis halda onlar bir dəfə xərcə düşür, lakin ödədikləri qiymət həyatları bahasına başa gəlir.

15. Liderlər qlobus və mikroskopu növbələşdirməyi bacarır. Yəni daha asan dillə desək, onlar nə vaxt geniş düşünmək lazım olduğunu, nə vaxt isə hətta xırda detallara fikir verməyin lazım olduğunu yaxşı bilirlər. Çünki həmin zəruri məqamlarda bu xırda detallar həlledici əhəmiyyət daşıyır.

16. Liderlər düzgün qərar qəbul edirlər. Adi insanın 10 qərar qəbul etdiyi məqamda, liderlər cəmi 1 qərar qəbul edirlər və bununla bağlı ürəklərində heç bir şübhə olmur. Deyirlər ki, liderlər gələcəyi görür. Amma təəssüf ki, bu belə deyil. Onlar gələcəyi görmür, gələcəyi yaradırlar, amma bu zaman nə etdiklərini çox dəqiq bilirlər.

17. Həyatı daha yaxşı edin.

Son xəbərlər
 ⁠
Digər xəbərlər